GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Fazil Məmmədovun işçiləri şəhid ailəsinə qənim kəsilib... - "25 000 manat “tas” verməsən, səni həbsxanaya saldıracağıq"

Fazil Məmmədovun işçiləri şəhid ailəsinə qənim kəsilib... - "25 000 manat “tas” verməsən, səni həbsxanaya saldıracağıq"

Tarix: 17-08-2015, 22:08 Bölmə :Ölkə Baxış: 0
Fazil Məmmədovun işçiləri şəhid ailəsinə qənim kəsilib... - "25 000 manat “tas” verməsən, səni həbsxanaya saldıracağıq"

“Vergilər Auditi Departamentinin əməkdaşları məni yanına çağırıb dedilər ki, bizə əvvəldən 25 000 manat “tas” verməsən, bundan da böyük məbləğlə cərimə edib səni həbsxanaya saldıracağıq. Nəhayətdə onlar istədiklərinə nail oldular...”

Bu sözləri ailəsində iki şəhidi, Qarabağ əlili, Qarabağ veteranı olan Bakı şəhər sakini Rzayev Rafiq Əsgər oğlu redaksiyamıza göndərdiyi şikayət məktubunda bildirib. Onun sözlərinə görə, qanuni yolla kiçik sahibkarlıqla məşğul olmaq istəsə də, Vergilər Nazirlyinin əməkdaşları ondan qanunsuz olaraq külli miqdarda pul tələb ediblər. Məmurlar öz istədilklərinə çatmadıqları üçün fırıldaqçılıq yolu ilə onun 200 000 (iki yüz min) manat cərimə olunmasına nail olublar:

“Mən Bakı şəhəri Səbail rayonu, M.Hüseyn küçəsi, ev 61-də, 32 kv.m sahəsi olan qaranlıq mənzildə, 6 nəfərdən ibarət ailə üzvlərimlə birlikdə yaşayıram. Bizim ailə iki şəhid verib. Ailəmizdə bir Qarabağ əlili və bir Qarabağ veteranı da var.

Yaşayış səviyyəm, dolanışığım ağır olduğuna görə 2012-ci ilin dekabr ayının 20-dən etibarən, Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 31 ünvanında “Əbülfəz market” adlanan obyektdə icarə müqaviləsi bağlayaraq müvafiq qanunvericiliyə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladım. Elə həmin vaxtda Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergilər Auditi Departamentinin əməkdaşları məni departamentə çağırıb, işləməyim üçün məndən əvvəlcədən 25 000 manat məbləğində pul istədilər. Mən də bildirdim ki, işə təzə başlamışam, mənim birdən-birə o qədər pula gücüm çatmaz.

Belə olan halda vergi əməkdaşı mənə həmin məbləği vermədiyim təqdirdə işləməyə imkan verməyəcəklərini bildirərək, hətta həbsxanaya saldıracaqları ilə də təhdid etdilər. Mən isə onlara heç bir cavab vermədən sakitcə departamenti tərk etdim.

Bundan sonra vergi əməkdaşları mənim sahibkarlıq fəaliyyəti ilə məşğul olduğum obyektə gəlib mütəmadi olaraq hər gün yoxlamalar aparmağa başladılar. O cümlədən vergi əməkdaşları əsassız olaraq 07.02.2013-cü il tarixli “Operativ vergi nəzarəti” qərarı açaraq, “nağd pul hesablaşmaları aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edib fırıldaqçılıqla məni 400 manat və 800 manat məbləğində cərimə etdilər.
Daha sonra məni yenidən departamentə çağırıb 25 000 manat pulu tələb etdilər. Mən dedim ki, nə üçün məni işlməyə qoymursunuz? Belə olan halda yenidən 26.04.2013-cü il tarixdən 30.04.2013-cü il tarixə qədər olan dövrə xronometraj metodlu müşahidə aparmaqla məni ümumilikdə 12 000 manat məbləğində cərimələdilər”.

R.Rzayev vergi orqanları əməkdaşlarının haqsızlıqlarına dözməyərək müvafiq qaydada məhkəməyə müraciət etdiyini və məhkəməni qazanmasına baxmayaraq heç bir əsas və sübut olmadığı halda külli miqdarda cərimə olunduğunu deyir:

“Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2014-cü il tarixli 2-1 (103)-645/2014 nömrəli qərarına əsasən mənim barəmdə vergi orqanı tərəfindən tərtib edilmiş “nağd pul hesablaşmaları qaydalarına riayət olunması vəziyyəti haqqında“ vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 15 mart 2013-cü il tarixli 1307700237030 nömrəli və 16 aprel 2013-cü il tarixli 13077002352021 nömrəli qərarlar ləğv edildi. Lakin məhkəmənin digər qərarları ilə mənim barəmdə aparılan xronoloji medtodlu müşahidlərin nəticələri barədə tətrtib edilmiş (həmin aktlar mənə imza etdirilməyib) aktlara dair iddia etdiyim məhkəmələr mənim iddiamı təmin etmədi. Belə ki, xronometraj metodlu müşahidələrin aparılması üçün AR Vergi Məcəlləsinin 50-1 maddəsində göstərilən tələblər olmadığı halda mənim barəmdə həmin xronoloji metdolu müşahidə aparılmaqla mənə qarşı böyük məbləğdə yəni, 200.000 manat məbləğində vergi borcu yazmaqla məni cəzalandırdılar. Halbuki, mən sahibkarlıq fəaliyyətimə yeni başlamışdım və çox az məhsul sata bilmişdik. Bu cərimələrdən isə belə aydın olur ki, obyektdə külli miqdarda məhsul satılıb ki, bu qədər cərimə edilmişəm. Bütün bunlar vergilər nazirliyinin əməkdaşlarının törətdiyi məmur özbaşınalığı, fırıldaqlar üzündən baş verib”.

R.Rzayev olanlar üzündən ağır ürək xəstəliyinə düçar olduğunu bildirib:
“Bütün bu olaylar mənim infakt xəstəliyinə tutulmağıma səbəb oldu. Əvvəlcə Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində, daha sonra isə Musa Nağıyev adına xəstəxanda ürəyimdən cərrahiyyə əməliyyatı keçirdim.
Bütün bunlar azmış kimi 2014-cü ilin dekabr ayında mənim vergi borcum olduğunu bildirməklə əmlakımı siyahıya aldılar. Bu səbəblə haqqımda hətta istintaq işi də açılıb”.

Şikayətçi Vergilər Nazirlyinin əməkdaşlarının özbaşınalığ haqda ölkə prezidentinə və digər aidiyyatı orqanlar müraciət edəcəyini, bunun da nəticəsiz qalacağı təqdirdə ailə üzvləri ilə birgə Azərbaycan vətəndaşlığından imtina edəcəyini deyib:
“Vergi əməkdaşlarının törətdiyi özbaşınalıqlar, vətəndaşları necə incitməsi barədə bir çox aidiyyatı orqanların məlumatı olsa da nədənsə bu məsələyə susaraq reaksiya göstərirlər. Onlar vətəndaşları təhdid edib istədikləri məbləğı əldə edir, əks təqdirdə mənim başıma açdıqları oyunu oynamağa başlayırlar.

Bu barədə prezidentə də müraciət ünvanlayacam. Əgər yenə də bu haqsızlığa qarşı bir cavab gəlməsə şəhid ailəsi olaraq ailə üzvlərimlə birgə ölkə vətəndaşlığından imtina edəcəyik”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Vergilər Nazirliyi "Qanun" nəşriyyatını 150 min cərimə etdi

    Vergilər Nazirliyi "Qanun" nəşriyyatını ...

    28-02-2014, 18:51

  • 
  •  ŞOK İTTİHAM: Fazil Məmmədov millətin döyüş əzmini HƏDƏFƏ ALIB - Prezidentdən KÖMƏK İSTƏNİLDİ

     ŞOK İTTİHAM: Fazil Məmmədov millətin döyüş ...

    8-04-2016, 01:25

  • 
  • Şəhid olan hərbçilərin ailələrinə 11 min manat pul verilir

    Şəhid olan hərbçilərin ailələrinə 11 min manat ...

    11-02-2014, 12:12

  • 
  • Sahibkar: "Dedilər ki, pulu verməsən, buraxmayacağıq"

    Sahibkar: "Dedilər ki, pulu verməsən, ...

    26-10-2015, 12:52

  • 
  • Bakıda 2 nəfərdən hədə-qorxu ilə pul tələb edən şəxslər tutuldu

    Bakıda 2 nəfərdən hədə-qorxu ilə pul tələb edən ...

    12-03-2020, 14:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu