GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Novxanını işğal edən məmur: Rəsulzadə və Mixaylonun kəndində kimlər at oynadır?

Novxanını işğal edən məmur: Rəsulzadə və Mixaylonun kəndində kimlər at oynadır?

Tarix: 18-08-2015, 18:09 Bölmə :Ölkə Baxış: 0
Novxanını işğal edən məmur: Rəsulzadə və Mixaylonun kəndində kimlər at oynadır?

Keçmiş bələdiyyə sədrinin adı əbədiləşdirilə bilər; Kənd sakinləri Novxanıya Məhərrəm Əvəzovun adını vermək istəyir, səbəb….
pul-korrupsiyaBakının Novxanı kəndinin sabiq bələdiyyə sədri Əvəzov Məhərrəm Balay oğlu ilə bağlı bir neçə gün öncə yazmışdıq. “Qəbir yerləri hesabına pul qazanan sabiq bələdiyyə sədri kimdir?” başlıqlı həmin yazıdan sonra redaksiyamıza yeni informasiya daxil olub. Məlumatda sabiq bələdiyyə sədri ilə bağlı xeyli sayda maraqlı məqamlar var.
Məhərrəm Əvəzov “Azərsu” ASC-ni “tasa oturdub”
M.Əvəzovun bələdiyyə sədri işlədiyi dönəmdə hektarlarla torpaq sahəsini ələ keçirdiyini bildirən mənbənin gundemxeber.az-a verdiyi məlumata görə, sabiq bələdiyyə sədri kəndin əksər torpaqlarına əl qoyduğundan hətta vətəndaşlara xidmət etməli olan dövlət qurumları da özlərinə ofis tikmək üçün boş torpaq sahəsi tapa bilmir: “Bələdiyyə sədri işlədiyi dönəmdə kəndin əksər torpaq sahələrini ələ keçirən M.Əvəzov bir qarış da olsun boş torpaq sahəsi qoymadığından yalnız kənd sakinləri deyil, ərazidə fəaliyyət göstərən dövlət qurumları da çətin vəziyyətlə üzləşiblər. Belə ki, özlərinə ofis tikmək üçün boş yer tapa bilməyən bəzi dövlət qurumları məcburiyyət qarşısında ofisə olan ehtiyaclarını ödəmək üçün sabiq bələdiyyə sədrinə müraciət etməli olurlar. Bu zaman əlinə düşən fürsəti özünəməxsus ustalıqla dəyərləndirən M.Əvəzov vaxtiylə dövlətdən ələ keçirdiyi torpaqları yenidən icarə formasında dövlət qurumlarının ixtiyarına verməklə hər ay külli miqdarda vəsait əldə edir. M.Əvəzovun ofislə təmin etdiyi dövlət qurumlarından biri “Azərsu” ASC-nin Novxanıdakı idarəsidir.
Hazırkı bələdiyyə binasından bir qədər aralıda yerləşən və bələdiyyə sədri işlədiyi dönəmlərdə ələ keçirdiyi binanı 80 min manat məbləğində təmir etdirən M.Əvəzov hazırda bu binanın Azərsu” ASC-nin ixtiyarına verib və əmlak sahibi kimi hər ay dövlət qurumundan xeyli miqdarda kirayə haqqı alır”.

Novxanı bələdiyyəsi Məhərrəm Əvəzovun mülklərinin mühasirəsində

Novxanını işğal edən məmur: Rəsulzadə və Mixaylonun kəndində kimlər at oynadır?

Mənbənin məlumatına görə, hazırda Novxanı bələdiyyəsinin sağ tərəfindəki bütün mağazalar, habelə bələdiyyə binası qarşısındakı aptek də M.Əvəzov və onun yaxınlarına məxsusudur: “Bu gün Novxanı bələdiyyəsinin sağ tərəfində bir neçə mağaza və ictimai iaşə obyekti fəaliyyət göstərir ki, bu obyektlərin hamısı sabiq bələdiyyə sədri M.Əvəzova məxsusdur. Müxtəli iş adamlarına arendaya verilən bu obyektlər M.Əvəzova hər ay külli miqdarda vəsait qazandırır. Bələdiyyə binasının qarşısında, magistral yolun o biri tərəfində yerləşən aptek də M.Əvəzova məxsusdur və Novxanıda ən böyük aptek hesab edilir. Birt sözlə, bu gün bütün Novxanı kəndi kimi Novxanı bələdiyyəsinin özü də dörd bir tərəfdən M.Əvəzova məxsus mülklərin mühasirəsindədir. Vaxtiylə hektarlarla torpaq sahəsini ələ keçirən M.Əvəzov bu gün həmin torpaqlar hesabına Novxanıda əsl imperiya formalaşdırıb ki, bu imperiyanın sorağı Novxanıdan uzaqlarda da eşidilməkdədir”.
Kənd sakinləri Novxanıya Məhərrəm Əvəzovun adını niyə vermək istəyir?
Mənbənin bildirdiyinə görə, vətəndaşlara məxsus mənzil və kiçik ölçülü torpaq sahələrini çıxmaq şərti ilə bütün Novxanını özəlləşdirən M.Əvəzovun adı yaxın zamanlarda sözün həqiqi mənasında əbədiəşdirilə bilər. Belə ki, gundemxeber.az-a daxil olan məlumatda bildirilir ki, kəndin əksər torpaq sahəsini ələ keçirərək kənd sakinlərini torpaqsız qoyan sabiq bələdiyyə sədrinin tamahkarlığından zinhara gələn vətəndaşlar, kəndin M.Əvəzov tərəfindən işğalını legitimləşdirmək üçün kəndin əvvəlinə onun adını əlavə etmək istəyir: “Kənd sakinləri hesab edir ki, bundan sonra Novxanı kəndini adını dəyişib Məhərəm Əvəzov adına Novxanı kəndi qoymaq daha məntiqli olar. Bu, bütün kəndin M.Əvəzov tərəfindən ələ keçirilməsinin rəsmi təsdiqi ola bilər. Bundan sonra Novxanıya qədəm basan və ya bu kəndən keçib –gedən hər kəs başa düşər ki, onlar M.Əvəzov cənablarının mülkiyyətindədirlər və istər torpaq, istər ev, istərsə də ofis tələbatlarını ödəmək üçün məhz ona müraciət eməlidirlər”.
Məhərərəm Əvəzovun “Novxanı işğalı”na kim yardımçı olub?
M.Əvəzovun “torpaq istilasında” oğlu Cavanşir Əvəzovun da yaxından iştirak etdiyini bildirən mənbə, həmin dönəmdə sabiq bələdiyyə sədrinin oğlunun Ədliyyə Nazirliyində çalışdığını bildirib: “M.Əvəzov Novxanıda bələdiyyə sədri işlədiyi dövrdə oğlu Cavanşir Əvəzov Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində Abşeron rayonu üzrə kurator vəzifəsində çalışırdı. Məhz onun bu vəzifədə təmsil olunması M.Əvəzovun əməlləri ilə bağlı Ədliyyə Nazirliyinə ünvanlanan şikayətlərin ünvanına çamamasında mühüm rol oynamış, sabiq bələdiyyə sədrinə torpaq işğalı siyasətində istədiyi kimi manevr etməyə imkan vermişdir. Novxanı torpaqlarının ələ keçirilməsində mühüm rol oynayan ata-oğul əməkdaşlığı sonrakı dönəmlərdə də müxtəlif formalarda davam etmiş, nəticədə bugünükü qorxunc, vəhşətli mənzərə formalaşmışdır”.
Mövzunu diqqətdə saxlayacayıq…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bələdiyyə Quba rayonunda qəbirsatnlıqı yandırdı-Kənd sakinləri etiraz edəcək

    Bələdiyyə Quba rayonunda qəbirsatnlıqı ...

    5-08-2013, 14:52

  • 
  • Sabiq bələdiyyə sədri barəsində cinayət işi başlandı

    Sabiq bələdiyyə sədri barəsində cinayət işi ...

    9-09-2020, 12:02

  • 
  • Abşeronda dələduzluqda təqsirləndirilən bələdiyyə sədrinə daha bir cinayət işi açıldı

    Abşeronda dələduzluqda təqsirləndirilən bələdiyyə ...

    19-09-2017, 15:43

  • 
  • Bələdiyyə sədri ilə məmur əlbəyaxa oldu - Polis ayırdı

    Bələdiyyə sədri ilə məmur əlbəyaxa oldu - Polis ...

    11-06-2016, 13:52

  • 
  • Bələdiyə sədri aşkar şəkildə RÜŞVƏT ALSA DA... - VİDEOFAKT

    Bələdiyə sədri aşkar şəkildə RÜŞVƏT ALSA DA... - ...

    7-07-2021, 11:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu