Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq bələdiyyə sədri Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda şahidlərin məhkəməyə gəlmədiyi elan olunub. Məhkəmədə o da məlum olub ki, sabiq bələdiyyə sədri barəsində yeni cinayət işi açılıb. O, yenə də dələduzluqda təqsirli bilinir. Onun barəsində açılan cinayət işi üzrə istintaq başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə oktyabrın 3-dək təxirə salınıb. Qeyd edək ki, Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri V.Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. Buna səbəb bələdiyyə sədrinin bir neçə vətəndaşa yüz min manatlarla miqdarında maddi ziyan vurması, pullarını mənimsəməklə ələ keçirməsi olub. Lakin daha sonra o, ev dustaqlığına buraxılıb./report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?