Paytaxtın Nərimanov rayonunda avtomobildə biri ölü, digəri huşsuz vəziyyətdə iki gənc tapılıb. Hadisə rayonun Oqtay Şamilzadə küçəsində avtomobil qarajlarının birində qeydə alınıb.
Mühərriki işlək vəziyyətdə olan "Lexus" markalı avtomobildə 1993-cü il təvəllüdlü Yusif Tofiq oğlu Yusiflinin meyiti tapılıb. Avtomobilin arxa oturacağında isə 1996-cı il təvəllüdlü Röyanə adlı qız huşsuz vəziyyətdə aşkarlanıb.
Ərazidəki insanların köməyi ilə gənc qız dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Xəstəxanadan ANS PRESS-ə bildirdilər ki, işlək vəziyyətdə olan maşının mühərrikindən dəm qazı yayılmağa başlayıb. Nəticədə nəqliyyat vasitəsində uzun müddət qalan Yusif zəhərlənərək dünyasını dəyişib.
Röyanə isə xoşbəxtlikdən sağ qalıb. Hazırda onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı Nərimanov rayon Prourorluğunda cinayət işi açılıb.
Sorğu
Yeni dizaynımız necədir?