Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə bildiriblər ki, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1980-cı il təvəllüdlü Rüstəm Davud oğlu Sadıxzadə mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar edib hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimlərini çağırıblar.
Həkimlər tərəfindən aparılan ilkin müayinə zamanı R.Sadıxzadənin vəfat etdiyi müəyyən olub.
Xəstəxanadan mərhumun ölümünə ilkin ehtimal kimi ürəktutması göstərilir.
Faktla bağlı Sumqayıt Prokurorluğunda araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?