GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qarabağda erməni müsəlmanlar

Qarabağda erməni müsəlmanlar

Tarix: 18-08-2015, 23:09 Bölmə :Ölkə Baxış: 0
Qarabağda erməni müsəlmanlar

8.08.2015. Qum mədrəsəsinin məzunu Arsen Safaryanın İrəvan rəsmiləri tərəfindən “Ermənistan və Dağlıq Qarabağ müftisi” elan edilməsinin əsil məqsədi aydınlaşmağa başlayır.

Məlumatına görə, məsələni bu gün gündəmə gətirən “Armedia.am” saytı bununla da müsəlman ermənilərin mərkəzi Bakıda yerləşən Qafqaz Müsəlmanları İdarəsinin tabeçiliyindən çıxdığını söyləyir: “Erməni müftiliyinin yaradılması yetərincə doğru addımdır. Bu, Ermənistan və Dağlıq Qarabağ müsəlmanlarını Qafqaz Müsəlmanları İdarəsinin başçısı Şeyxülislam Allahşükür Paşazadəyə tabe olmaqdan azad edir”.

Saytın iddiasına görə, erməni müftiliyi əsasən dünyada sayı 400 minə qədər çatanhəmşinlərə rəhbərlik edəcək. Son zamanlar Türkiyədə və Ermənistanda erməni icmasının bəzi təmsilçiləri həmşinləri erməni saymağa başlayıblar. Buna əsas kimi Həmşin mahalında yaşayan bəzi ailələrin erməni dilini bilməsini göstərirlər. Bu iddialara görə, hətta Türkiyənin keçmiş baş naziri, Azərbaycanla müsbət əlaqələri olmuş Məsud Yılmaz da müsəlman ermənidir. Alimlər həmşinlərin erməni, gürcü, türk və ya yəhudi mənşəli olması barədə dəqiq fikirə gələ bilmirlər. Fakt budur ki, həmşinlərin çox az hissəsi ermənicə danışır, əksəriyyətinin ana dili isə türkcədir. Ermənilər erməni dilini bilən ailələri göstərərək, bir neçə ildir ki, həmşinlərin erməni olması barədə fəal təbliğata başlayıblar. Populyar erməni saytları, demək olar ki, hər gün müsəlman ermənilər barədə materiallar dərc edir, erməni toplumunu müsəlman ermənilərə qarşı tolerant olmağa çağırırlar.

Qarabağda erməni müsəlmanlar

Məsud Yılmaz - Türkiyənin keçmiş baş naziri

Ermənilərin bu təbliğatı başlamaqda əsas məqsədləri artıq aydın olmağa başlayır. Onlar əslən Həmşin mahalından olan bu müsəlmanları erməni olmalarına inandırmaqla Dağlıq Qarabağa yerləşdirmək istəyirlər. Bu, Dağlıq Qarabağın getdikcə boşalan kəndlərini doldurmaq üçün düşünülən variantlardan biridir. Erməni mətbuatının yazdğından belə aydın olur ki, hazırda Dağlıq Qarabağda 60 minə yaxın adam qalıb ki, bunların əksəriyyəti yaşlı adamlardır. Halbuki, 1990-cı ildə Dağlıq Qarabağda 190 min adam yaşayırdı. Göründüyü kimi, işğaldan sonra regionu 110 mindən çox adam tərk edib. Ermənilər yaşlı adamların ölməsindən sonra bu kəndlərdə heç kimin qalmayacağından narahatdırlar.

Buna görə də, Dağlıq Qarabağın məskunlaşdırılması üçün müxtəlif variantlara əl atırlar. Son variantlardan biri də Qırğızıstanda yaşayan həmşin icmasının Qarabağa köçürülməsi ilə bağlıdır. Bəzi iş adamları da bu məsələyə vəsait yatırmaq istəyirlər. Hazırda həbsdə olan erməni iş adamı Levon Ayrapetyan Qırğızıstana səfər edərək oradakı həmşin icması ilə görüşüb, onların rəhbəri Ruslan Qarabucaqoğlunu Qarabağa gətirib. İlkin mərhələdə Ağdərə rayonuna 200 həmşin ailəsinin köçürülməsi nəzərdə tutulur ki, Arsen Safaryanın erməni müftisi elan edilməsi də bu ailələri dini inanclarına heç bir çətinlik törədilməyəcəyinə inandırmaqla bağlıdır.

Qarabağda erməni müsəlmanlar

Ruslan Qarabucaqoğlu - Qırğızıstanda yaşayan həmşin


Ermənilər bununla dünyadakı 400 min həmşinin bir qismini Dağlıq Qarabağa gətirmək istəyirlər. Böyük ehtimalla, onların sonradan xristianlaşdırılması üzrə də layihələri də var. Nümunə kimi Gürcüstanda acarların könüllü xristinalaşdırılmasını da örnək götürə bilərlər. Vaxtilə çoxu türkcə danışan müsəlman acarlar karyera inkişafını və s. nəzərdə tutaraq 1980-1990-cı illərdə könüllü gürcüləşdilər və xristianlaşdılar.

Axıska türkləri cəmiyyətinin keçmiş sədri İbrahim Bürhanov ermənilərin bu istəklərinin uğursuz nəticələnəcəyini düşünür. “Birincisi, Qırğıstanda o qədər həmşin yoxdur. O vaxt Axıskadan türkləri sürgün edəndə, 700 həmşin bizimlə birlikdə Orta Asiyaya aparılıb. Hazırda həmşinlərin sayı 5 minə qədər artıb. Amma onların əksəriyyəti özünü türk sayır. Bəzi həmşinlər kasıblıq üzündə hansısa erməni iş adamının qılığına uyub, özünü erməni kimi qələmə verə bilər. Amma dindar müsəlman olan həmşinlər heç vaxt erməni felinə uymazlar”,- deyə Bürhanov ANS PRESS-ə bildirib.

Bürhanovun sözlərinə görə, azərbaycanlılar və Türkiyə türkləri kimi yarımköçəri qoyunçuluqla məşğul olan həmşinlər böyük ehtimalla türk mənşəlidirlər: “Bəzi həmşin ailələrin ermənicə danışması köç vaxtı yerləşdiyi kəndlərin dilini götürmələri ilə bağlı ola bilər. Amma Türkiyədə Nuray Yılmaz kimi həmşin müğənni var ki, həmişə Azərbaycan mahnısı oxuyur və özünü Azərbaycan türkü sayır”.

Axıska türkləri cəmiyyətinin indiki sədri İbrahim Məmmədov da ANS PRESS-in əməkdaşı ilə söhbətində məsələni diqqətdə saxladıqlarını bildirir: “Axıska türklərinin Qırğızıstanda cəmiyyəti var. Onlar həmşin icması ilə əlaqəyə girib vəziyyəti başa salacaqlar ki, erməni təbliğatına uymasınlar. Həqiqət budur ki, nə həmşinlər özlərini erməni saya bilərlər, nə də ermənilər onları cəmiyyətlərinə qəbul edə bilərlər. Ermənilər ortada aranı qarışdırmaqla məşğuldurlar”.

Qarabağda erməni müsəlmanlar

İbrahim Geçim - Türkiyədə yaşayan həmşin ilahiyyatçı Quran dərsi keçir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Erməni katolikosu II Qareqin Allahşükür Paşazadəyə məktub ünvanlayıb

    Erməni katolikosu II Qareqin Allahşükür ...

    6-08-2014, 00:38

  • 
  • Qarabağda erməni əsgəri öldü

    Qarabağda erməni əsgəri öldü ...

    22-01-2020, 11:37

  • 
  • Qarabağda erməni əsgəri öldürüldü

    Qarabağda erməni əsgəri öldürüldü ...

    19-07-2014, 14:02

  • 
  • Dağlıq Qarabağda erməni əsgər məhv edildi

    Dağlıq Qarabağda erməni əsgər məhv edildi ...

    10-07-2017, 22:05

  • 
  • Dağlıq Qarabağda erməni əsgər öldürülüb

    Dağlıq Qarabağda erməni əsgər öldürülüb ...

    10-01-2016, 12:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu