Avqustun 20-si axşamdan etibarən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin bəzi yerlərdə güclənəcəyi gözlənilir. Qeyri-sabit hava şəraitinin avqustun 23-ü gündüzədək davam edəcəyi ehtimal olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 20-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı, axşama doğru buludluluğun artacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26˚, gündüz 30-35˚, Bakıda gecə 24-26˚, gündüz 32-34˚ isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə aran rayonlarında 20-25˚, gündüz 32-37˚, dağlarda gecə 15-20˚, gündüz 26-31˚ isti olacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?