Ağdaşda intihar baş verib. Rayon sakini özünə ov tüfəngindən atəş açaraq dünyasını dəyişib.
Ağdaş rayon Prokurorluğundan ANS PRESS-ə bildirdilər ki, rayonun Yenicə kənd sakini 1980-cı il təvəllüdlü Ceyhun Qurban oğlu Mirzəquliyev yaşadığı evin həyətində şəxsi ov tüfəngindən atəş açaraq özünə qəsd edib.
Sinəsindən güllə xəsarəti alan şəxsi dərhal Ağdaş rayon Təcili Tibbi Yardım Xəstəxanasına aparıblar.
Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.
Prokurorluqdan həmçinin C. Mirzəquliyevin içki düşkünü olduğunu, hadisə baş verən zaman da sərxoş olduğunu və özünü anasının gözünün önündə güllələdiyini bildirdilər.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?