gundemxeber.az report-a istinadən bildirir ki, rayonun Cüvə kənd sakini, 1974-cü il Teymur Soltan oğlu Muradov axşam saatlarında evdən çıxıb, lakin geri qayıtmayıb.
Ailə üzvləri T. Muradovun geri qayıtmadığından şübhələnərək onu kənd ərazisində axtarıblar. Daha sonra rayon hüquq-mühafizə orqanlarına məlumat verilib. Axtarışlar zamanı onun meyidi atasının qəbri üstündə tapılıb. İlkin məlumata görə, T.Muradov özünə məxsus təklüləli ov tüfəngi ilə atəş açaraq özünü öldürüb.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?