Makedoniya hökuməti qonşu Yunanıstandan böyük qaçqın axını ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, Makedoniya hökumətinin yaydığı bəyanatda bildirilir ki, Yunanıstan ərazisindən insan axını kütləvi hal alıb.
Bununla bağlı Makedoniya hökuməti Yunanıstanla həmsərhəd bölgəsinə nəzarətin gücləndirilməsi üçün hərbçilərin cəlb ediləcəyini bildirib.
Qeyd edək ki, bu yaxınlarda rəsmi Skopye qeyri-qanuni miqrantların axını ilə bağlı Avropa İttifaqından əlavə yardım istəmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?