Güclü tufan ABŞ-da fövqəladə vəziyyətin yaranmasına səbəb olub. İstirahət günü ABŞ-ın bir neçə ştatında tufan 16 nəfəri öldürərək Missisipiyə çatıb. Verilən məlumata görə, artıq tornadonun yaxınlaşdığı bildirilib. ABŞ-ın Massaçusets ştatının Tupelo şəhərində tornado evləri dağıdıb. Metereoloqlar iri, dağıdıcı və həddən artıq təhlükəli tornado təhlükəsi haqqında insanları xəbərdar edib. Cekson və Tupelo arasında tornado qeyd edilib. Həmin ərazidə qubernator Fil Brayant fövqəladə vəziyyət elan edib. Oklahom, Ayova və Arkanzasda baş verən tornado tufanın hələ birinci "bəhrəsi" idi. Alabama və Tenessi ştatlarında tornado təhlükəsi elan edilib. Həmçinin qeyd edək ki, Şimali Karolina qubernatoru da 4 ərazisində fövqəladə vəziyyət elan edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?