Məhkəmə tiryək alverçisinin cəzasını 10 ilə qədər artırdı
İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Astara şəhər sakini, 1972-ci il təvəllüdlü Ayaz Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Ayaz Mirzəyev qanunsuz yolla qazanc əldə etmək üçün 09 iyul 2014-cü ildə İran İslam Respublikasının Astara şəhərində satış məqsədi ilə narkotik vasitələri əldə etmə. O, narkotik vasitələri özündə saxlayıb və daha sonra qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gizli keçirib.
Ayaz Mirzəyev adları istinta yolu ilə müəyyən edilməyən bir qrup şəxslər əldə etdiyi 2165 qram tiryək və 219,972 qram olan heroin olan narkotik vasitələri Azərbaycan ərzisinə keçirən zaman sərhədçilər tərəfindən həbs edilib.
Ayaz Mirzəyev Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə ittiham edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ayaz Mirzəyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş prokurorluq apelyasiya
protesti verərək təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Prokurorluğun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Ceyhun Əliyev bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilməli, Ayaz Mirzəyev təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir: “Cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan birinci instansiya məhkəməsinin Ayaz Mirzəyev barəsində cəza tətbiqi ilə əlaqədar mövqeyi düzgün deyil. Ayaz Mirzəyevə cəza təyin edilərkən yalnız onun cəzasını yüngülləşdirən halları nəzərə alnıb. Törədilmiş cinayətin xarakteri və ictimayi təhlükəlilik dərəcəsi nəzərə almayıb”.
Dövlət ittihamçısının sözlərinə görə, birinci instansiya məhkəməsi Ayaz Mirzəyevə ittiham olunduğu maddələr üzrə düzgün cəza verməyib. Onun sözlərinə görə, Ayaz Mirzəyevə məhkəmə əsassız və cinayət qanunvericiliyinin tələbinə, Ali Məhkəmənin tövsiyələrinə zidd olaraq ona 9 il müddətə azadlıqdan məhrum etmədən ibarət aşağı həddə təyin edib. Dövlət ittihamçısı çıxışının sonunda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, Ayaz Mirzəyevə ittiham olunduğu maddələr üzrə daha ağır cəzanın verilməsini istəyib.
Məhkəmədə ifadə verən Ayaz Mirzəyev ittiham üzrə özünü qismən təqsirli bilib. O, İrandan narkotik gətirməsinə peşman olduğunu, cəzasının daha da yüngülləşdirilməsini istəyib. Onun vəkili Ruslan Mirzəyev isə prokurorluğun protestinin təmin edilməməsini istəyib. Tərəfləri dinləyən hakim heyəti sonda prokurorluğun protesti təmin edilib və Ayaz Mirzəyevin cəzası 10 ilə qədər artırılıb.
**
Suriyaya döyüşçü göndərən azərbaycanlıya cəza verildi
Sumqayıt Apelyasiya Məhkəməsində qanunsuz silah gəzdirməkdə ittiham olunan Quba rayon sakini Nizami Seyidovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Nizami Seyidov “F-1” əl qumbarasının gövdəsini, iki ədəd qəlpəli “F-1”, “RQ-42”, “RQD-5” əl qumbara gövdələri, “ÜZQRM” alışdırıcıları, 15 ədəd zavod üsulu ilə istehsal edilmiş, 1981-ci il nümunəli, 7,62 mm kalibrli “SVD” konstruksiyalı snayper, “Mosin”, “SVT” konsturksiyalı tüfənglər, “PKM”, “PK” əl plemyotlarında döyüş sursatı hesab edilən birdəfəlik istifadə olunan təyinatı üzrə istifadəyə yararlı patronları əldə edib. O, həmin silah-sursatı yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Şəhriyar küçəsi, ev 62-də saxlayıb.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Xaçmaz rayon polis şöbəsinin əməkdaşlarının 5 dekabr 2014-cü il tarixdə Xaçmaz rayonu ərazisində birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Nizami Seyidov həbs edilib. Ondan həmin silah-sursat aşakrlanaraq götülüb.
Məlumata görə, Nizami Seyidov keçmiş polis mayoru olub. Hazırda təqaüddə olan Nizami Seyidov bir neçə il öncə sələfi cərəyanına qoşulub. Daha sonra sələfilərin radikal qolu olan xəvaric qruplaşmasına daxil olub. Onun bölgədə gəncləri Suriyaya döyüşə getməyə təhrik etdiyi haqda məlumatlar var.
Nizami Seyidov Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham edilib və Xaçmaz Rayon Məhkəməsinin hokum ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Nazim Seyidovun vəkili Azad Vəliyev apelyasiya şikayəti verərək müdafiə etdiyi şəxsin yüngülləşdirilməsini istəyib. Vəkil bildirib ki, məhkəmə Nizami Seyidova cəza təyin edərkən onun barəsindəki yüngülləşdirici halları kifayət qədər nəzərə almayıb, ona cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan ağır cəza təyin edib. Vəkilin şikayəti baxılması üçün Mübariz Zeynalovun icraatına verilib. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim kollegiyası sonda qərar elan edilib. Qərara görə, müdafiə tərəfinin apelyasiya şikayəti təmin edilib və Nazim Seyidovun cəzası 1 il 6 aya endirilib.
Sorğu
Yeni dizaynımız necədir?