GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İrandan narkotik gətirənlərə cəza verildi

İrandan narkotik gətirənlərə cəza verildi

Tarix: 22-07-2015, 13:56 Bölmə :Ölkə Baxış: 0
İrandan narkotik gətirənlərə cəza verildi

Məhkəmə iki nəfərə üst-üstə 18 il cəza kəsdi

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Cəlilabad şəhər sakinləri İbrahim Fətullayev və Siyasət İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Siyasət İsmayılov və İbrahim Fətullayev, şəxsiyyəti məlum olmayan İran İslam Respublikası ərazisində olan Ramin adlı şəxs və digərləri ilə cinayət əlaqəsinə giriblər. Onlar külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycana gətiriblər.

Belə ki, Siyasət İsmayılov 12 avqust 2014-cü il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində olarkən tanışı Ramin adlı şəxslə görüşüb. Həmin vaxt ramin ona İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələr keçirəcəyini bildirib, həmin narkotik vasitələri 200 manat pul müqabilində Cəlilabad rayonu ərazisində onun deyəcəyi şəxsə çatdırmağını təklif edib.

Razılaşmadan sonra Ramin adlı şəxs İran İslam Respublikası ərazisində məlum olmayan vaxtda və mənbədən 896,25 qram heroini və 513,04 qram tiryəki əldə edib Ramin həmin ilin sentyabrın 2-də, gecə saat 02-03 radələrində qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirib və Cəlilabad rayonunun Ləkin kəndi yaxınlığında gizlədib. Ertəsi gün Siyasət İsmayılovun istifadəsində olan mobil

telefonuna zəng edən Ramin narkotik vasitələrin gizlədildiyi yeri ona izah edib və həmin narkotik vasitələri götürərək İbrahim Fətullayevə çatdırmağı tapşırıb.

Siyasət İsmayılov həmin gün gecə saatlarında 896,25 qram heroini və 513,04 qram tiryəki gizlədildiyi yerdən götürərək yaşadığı Cəlilabad rayonunun Ləkin kəndindəki evinə gətirib və evində gizlədib. Bundan sonra Ramin adlı şəxsin tapşırığına əsasən Siyasət İsmayılov qrupun digər üzvü İbrahim Fətullayevin istifadəsində olan telefon nömrəsinə zəng edib və onunla Cəlilabad rayonu ərazisində görüşərək narkotik vasitələri ona təhvil verəcəyi barədə ümumi razılığa gəlib.

Bundan sonra Siyasət İsmayılov narkotik vasitələri özünə məxsus “VAZ 2121” markalı avtomobilin sürücü oturacağının alt hissəsində gizlədib və həmin narkotik vasitələri qanunsuz olaraq daşımaqla İbrahim Fətullayevə təhvil vermək üçün Cəlilabad rayonu ərazisinə gətirib. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Siyasət İsmayılov Cəlilabad rayonu ərazisində cinayət başında yaxalanıb və onun idarə etdiyi avtomobilə keçirilmiş baxış zamanı 896,25 qram olan heroin və 513,04 qram olan tiryək aşkar edilib. Davam etdirilən əməliyyat tədbirləri nəticəsində İbrahim Fətullayev də külli miqdarda narkotik vasitələri Siyasət İsmayılovdan təhvil almaq üçün həmin əraziyə gələn zaman yaxalanıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə ittiham ediliblər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İbrahim Fətullayev 10 il, Siyasət İsmayılov 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər. Təqsirləndirilən şəxslərin apelyasiya şikayətinə Şirvan Apelyasiya Məhkəməsində, hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim kollegiyasının qərarı ilə İbrahim Fətullayevin apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 9 ilə endirilib. Digər təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ölkələr arası narkotik biznesi

    Ölkələr arası narkotik biznesi ...

    28-12-2015, 21:51

  • 
  • Narkotik qaçaqmalçılığının qarşısı alınıb

    Narkotik qaçaqmalçılığının qarşısı alınıb ...

    12-07-2013, 21:32

  • 
  • İrandan narkotik gətirmək istədi

    İrandan narkotik gətirmək istədi ...

    18-05-2016, 00:57

  • 
  • Narkotik gətirməkdə ittiham edilən dəstə üzvlərinə bəraət verildi: onlardan ikisi qadındır

    Narkotik gətirməkdə ittiham edilən dəstə ...

    27-09-2019, 10:30

  • 
  • MTN-dən növbəti narkotika əməliyyatı

    MTN-dən növbəti narkotika əməliyyatı ...

    25-09-2014, 15:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu