Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri Dürdanə Əhədova tutduğu vəzifədən azad edilib.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən Xeberler.az-a verilən məlumata görə, hazırda yeni vəzifəyə Təhsil Nazirliyinin əməkdaşı Orxan Abbasov təyin edilib.
İdarədən Xeberler.az-a onu da bildiriblər ki, Dürdanə Əhədova tutduğu vəzifədən bir ay öncə azad edilib.
Qeyd edək ki, Orxan Abbasov Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin Data Mərkəzinin nümayəndəsidir.
Sorğu
Yeni dizaynımız necədir?