Avqustun 22-də Şabran rayonunda "Savalan" restoranında keçirilən kiçik toy məclisində xoşagəlməz hadisələr yaşanıb.
Avrasiya.net-in əldə etdiyi məlumata görə, restorana borclu qalan toy sahibinin qaynanası girov götürülüb. Verilən məlumata görə, toy sahibinin restorana 1000 manata yaxın borcu olub. Borcu ödəyə bilmədiyindən restoran rəhbərliyi onun qayınanasını bir günlük girov saxlayıblar. Avqustun 23-ü pul ödəndikdən sonra girov sahiblərinə qaytarılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?