Silahlı Qüvvələrin Bərdə hərbi birləşməsində insident baş verib. Silahlı Qüvvələrin Bərdə korpusunda bölük komandiri öz rəislərini girov götürüb: “Bir müddət əvvəl zabitlər şəxsi hesablarına əsgərlərin məişət şəraitinin yaxşılaşdırılmasına məcbur ediliblər. Komandanlıq tərəfindən verilən qeyri-qanuni göstərişlərə əməl etməyə məcbur olan zabitlərin yerli mağazalara külli miqdarda borcu yaranıb. Bu cür göstərişin verilməsi korpusa Müdafiə Nazirliyinin İnpeksiyasının gəlişi ilə bağlıdır. Sözügüden hərbi birləşmədə bölük komandiri vəzifəsində işləyən zabitlərdən biri əvvəlcə tabor, daha sonra isə briqada komandirini girov götürərək etiraz edib. Daha sonra həmin zabit zərərsizləşdirilərək həbs edilib”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?