GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Dubaya aparılanda bakirə idim”- Azərbaycanlı qadınlardan şok etiraf

“Dubaya aparılanda bakirə idim”- Azərbaycanlı qadınlardan şok etiraf

Tarix: 24-08-2015, 20:26 Bölmə :Ölkə Baxış: 0
“Dubaya aparılanda bakirə idim”- Azərbaycanlı qadınlardan şok etiraf

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən 1961-ci il təvəllüdlü Əkbərzadə Gülnarə Musa qızının cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Regioninfo-nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkənlər ifadə verib.

Zərərçəkən Fərqiyə Bağırova ifadəsində bildirib ki, G.Əkbərzadəni 2006-cı ildən tanıyır: “Məni 2006-cı ildə Gülnarə ilə Sima xanım tanış etdi. Dedi ki, iş var, gedib işləyərsiz. Məni burdan birinci Türkiyəyə apardılar. Viza probleminə görə noyabrın 29-dan dekabrın 13-ə kimi Türkiyədə qaldım. Dekabrın 13-də ordan Dubaya getdik. Elə çatan günü məni bara göndərdilər, dedilər get işə başla. Əvvəl razı olmadım, dedim mən bura buna görə gəlməmişəm. Sonra məcbur olub işlədim. Birinci dəfə altı ay işlədim, 2007-ci ilin may ayında qayıtdım. Gülnarə pulumuzu gecikdirirdi, evə pul göndərə bilmirdim. Mənə ancaq yemək verirdi, bir də dişlərimi düzəltdirdi”.

Fərqiyə Bağırova sonradan isə tək işləməyə qərar verib: “2007-ci ilin iyulun 12-də özüm Dubaya getdim. Bir həftə oteldə qaldım. Bu dəfə nəyə getdiyimi də bilirdim. Tək işləmək istəyirdim, işlədim də. Çünki gördüm Gülnarə pul verən deyil”.

F.Bağrova deyib ki, bu şəbəkənin xarici dil problemlərini və qiymət məsələlərini həll edən meneceri də var: “Zəminə bizim menecer idi, müştəri ilə ünsiyyətdə dil problemi yarananda o kömək edirdi. Bütün məsələləri isə Gülnarə həll edirdi, viza, bilet, yol pulu, orda qalmaq filan”.

Fərqiyə Bağırova 1500 dollardan günə 4-5 kişi qəbul etdiyini deyib: “Bəzən elə olurdu bir kişi ilə görüşmək 150 dollar olurdu, amma bütün günü görüşəndə 1500 dollar verirdilər. Orta qiymət 500 dollar idi. Gündə 4-5 kişi ilə görüşürdüm. Hər gün işləyirdim. Gülnarənin özünün sevgilisi var idi, amma kişilərlə görüşüb-görüşmədiyini bilmirəm. Qiyməti isə menecer danışırdı”.

Fərqiyə Bağırova bildirib ki, Dubaya getmədən öncə Antalyada işləyib: “Orada Çiçək kafesində ofisiant işləyirdim, bu işlə məşğul olmurdum. Dubaya getməzdən öncə evli idim, ailəm vardı”.

Gülnarə Əkbərzadə deyib ki, Fərqiyə bəzi hissələrdə yalan danışır: “O özü Bakıda olanda ora nə üçün getdiyini bilirdi. Qiyməti də yalan deyir, 1500 dollara iş olar?! Cəmi 400-500 dollar idi. Özünə də pul verirdim, anasına göndərirdim. Dişlərini də düzəltdirmişəm”.

Fərqiyə Bağırova təqsirləndirilən şəxsin ifadəsinə belə reaksiya verib: “Düzəltdirdiyin dişlər budur da, hamısı tökülür”.

Məhkəmədə qeyd olunub ki, istintaq materialına əsasən Fərqiyə 2004-cü ildən bu işlə məşğul olub: “Dubaydan öncə Türkiyəyə gedib-gəlməyin, orada qədim peşə ilə məşğul olmağın, hamısı qeyd olunub”.

Fərqiyə Bağırova bildirib ki, Gülnarədən halal pulunu istəyir: “Ondan tələbim budur ki, 6 aylıq işimin pulunu versin, zəhmət haqqımı qaytarsın. Menecerlə bu mənim pulumu yeyiblər”.

Hakim bildirib ki, fahişəlik qanunda müdafiə olunan peşə deyil, buna görə də məhkəmə onun vəsatətini qəbul edə bilməz: “Bu məsələni özünüz həll edərsiniz”.

Hakimin hazırda bu işlə məşğul olub-olmaması haqda sualına F.Bağırova belə cavab verib: “Xeyr, cənab hakim, özünüz də yoxlaya bilərsiniz”.

Bundan sonra digər zərərçəkən Turanə Həsənova ifadə verib.

T.Həsənova bildirib ki, onu Dubaya hazırda həbsdə olan Sevinc Qasımova aparıb: “2007-ci ilin may ayında Sevinc məni Dubaya apardı. Dedi ki, orada dükanda satıcı işləyəcəyəm. Məni Gülnarə ilə tanış etdi. Onda mənim 18 yaşım tamam olmamışdı. Mən ora gedənə kimi bu işə məcbur ediləcəyimi bilmirdim. Dubayda bunu biləndə Sevinc ilə savaşdım, razı olmadım. Gülnarə dedi ki, onda mənim sizə çəkdiyim xərcləri qaytarın, çıxıb gedin. Dedilər get işlə, qazan, pulumuzu ödə, sonra çıx get. Mən razılaşmadım. Gülnarə Sevincə dedi ki, onu salın otağa, yemək, su verməyin. Dörd gün məni ac-susuz saxladılar. Sonra gördüm dözə bilmirəm, bunlara yalandan dedim ki, razıyam kişilərlə görüşməyə. Məni bir bara apardılar, orada qızlardan birindən gizlicə telefon alıb Azərbaycandakı tanışlara zəng etdim. Sonra orada da dava salıb kişilərlə görüşmədim, evə qayıtdım. Evdə olanda gördüm Gülnarə iki hindistanlı oğlanı otağa göndərib, 200 dollar da pul vermişdilər. Oğlanlar birgə oradan qaçdım, qarajda gizləndim. Sevinc gəlib tapdı, mən ağladım. Sonra məni Azərbaycana qaytardılar, burada da tanışlar qarşıladı. Mən cəmi bir dəfə getmişəm, ondan sonra heç yerə getməmişəm. Dubayda da 5 gün qaldım, heç bir kişi ilə də görüşmədim. Dubaya aparılanda da qızlıq bakirəliyim pozulmamışdı”.

Məhkəmənin növbəti iclası avqustun 31-nə təyin edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Dubaya qadın satdı, İnterpol axtardı, məhkəmə isə azad etdi

    Dubaya qadın satdı, İnterpol axtardı, məhkəmə isə ...

    26-10-2015, 14:26

  • 
  • 5 yaşlı qızını öldürən qadın: "Anam dedi uşaqsız gəl"

    5 yaşlı qızını öldürən qadın: "Anam dedi ...

    1-11-2017, 14:50

  • 
  • Ərəb şeyxlərinə satılan azərbaycanlı qadınların etirafları - ŞOK TƏFƏRRÜAT

    Ərəb şeyxlərinə satılan azərbaycanlı qadınların ...

    22-10-2014, 21:52

  • 
  • Bakıda həbs edilən türkiyəli narkobaron: - "MƏNİ VƏTƏNİMƏ QAYTARIN"

    Bakıda həbs edilən türkiyəli narkobaron: - ...

    4-06-2018, 13:42

  • 
  • “Ərim məni fahişəliyə məcbur edirdi” – QATİL QADIN

    “Ərim məni fahişəliyə məcbur edirdi” – QATİL QADIN ...

    21-07-2019, 11:34


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (255)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu