Səkkiz postsovet respublikası, o cümlədən də Azərbaycan ən az emosional ölkələrdən biri olub, bunu Callup-un məlumatları sübut edir.
Oxu.Az newsru.com-a istinadən xəbər verir ki, SSRİ-nin əksər ölkələri ən az emosional ölkələr sırasına düşüb. Ən aşağı göstərici Banqladeşdə olub – cəmi 37% təsdiqləyici cavab.
Bir qədər yüksək göstərici Gürcüstan, Azərbaycan və Monqolustanda olub – hər birində 38%. Belarus və Sudan 39%, Rusiya, Ukrayna və Litvanın göstəricisi isə 40% olub. Moldova və Qazaxıstan, Kosovo, Bosniya və Myanma 41% göstərici ilə bir qədər yuxarıda yerləşiblər.
Ən emosional ölkələr isə Latın Amerikasının nümayəndələri olub. Siyahıya Boliviya və Salvador (59% təsdiqləyici cavab ilə) liderlik ediblər. İlk onluğa Ekvador, Filippin, Nikaraqua, Qvatemala, İraq (58%), Kambodca, Kolumbiya, Kosta-Rika (57%) düşüb. Eləcə də 57% təsdiqləyici cavabı Qonduras da nümayiş etdirib.
Sorğu
Yeni dizaynımız necədir?