GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Yaxın günlərdə sosial şəbəkələrdə də üstünlük bizim tərəfimizə keçəcək”

“Yaxın günlərdə sosial şəbəkələrdə də üstünlük bizim tərəfimizə keçəcək”

Tarix: 28-08-2015, 20:37 Bölmə :Ölkə Baxış: 0
“Yaxın günlərdə sosial şəbəkələrdə də üstünlük bizim tərəfimizə keçəcək”

Razi Nurullayev: “Sentyabrın sonlarına qurultayımızı keçirəcəyik”

Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) daxili problemlər, narazılıqlar müşahidə olunur. Artıq bir neçə gündür ki, bir qrup şəxs mətbuat konfransı keçirərək AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsi yaratdığını elan ediblər. Bəyan ediblər ki, əsas məqsədləri AXCP daxilində demokratiyanı, fikir müxtəlifliyini bərpa etmək, partiyanın sədri Əli Kərimlinin istefasına nail olmaqdır. Narazıların başında bir müddət əvvəl AXCP səralarından istefa verən Razi Nurullayev dayanır. Nurullayev son durumla bağlı suallara cavab verib. Müsahibəni təqdim edirik.

- Hazırda AXCP-də vəziyyət nədən ibarətdir, son durumu necə qiymətləndirmək olar?

- Hazırda vəziyyət bizim xeyrimizə işləyir. Çünki 20 ildən çox müddətdə eyni simaları görən, eyni insanlardan vədlər eşidən, perspektivsizliyi və uğursuzluğu görən insanlar artıq Əli Kərimli və digər müxalifətdə olan siyasətçilərdən beziblər. Başqa sözlə, vətəndaşlar nəticəsizlikdən beziblər. Həmin partiyalarda, xüsusilə Əli Kərimlinin ətrafında olan gənclik nəticəsizlikdən, uğursuzluqdan, perspektivsizlikdən artıq cana doyublar. Hər dəfə göstəriş almaqdan, kimisə təhqir etməkdən yorulublar. Və artıq onlarda anlamağa başlayıblar ki, əgər bir insan paylaşmağı bacarmırsa, onun yanında perspektiv ola bilməz. Bu baxımdan mən sezməyə başlamışam ki, ilk günlər bizə qarşı sosial şəbəkələrdə müəyyən inamsızlıq göstərilirdisə, get-gedə sular durulur və insanların bizə etimadı yaranır. Biz artıq buna şahidlik edirik, bu nüansı sezirik. Fikrimcə, yaxın günlərdə sosial şəbəkələrdə də üstünlük bizim tərəfimizə keçəcək.

- Siz, avqustun sonunda toplantı keçirərək AXCP-də narazıların hərəkətə keçdiyini elan etmişiniz. Bu günə qədər nə qədər cəbhəçi sizə üz tutub?

- Biz fəal cəbhəçiləri götürsək, onların sayı yüzdən çoxdur. Amma ümumilikdə bizim tərəfimizə keçənlər və keçməyə növbəyə duranlar 200 nəfərin üstündədir. Hesab edirəm ki, yaxın dövrdə onların sayı 300-400 nəfərə çatacaq. Zatən Əli Kərimlinin ətrafında orta, yaxşı və passiv fəal insanların sayı 700 nəfərdən çox deyil. Onların da yarısı artıq bu tərəfə keçib. Parlament seçkilərinə qədər isə Əli Kərimlinin yanında əvvəlki qüvvəsinin 30 faizi qalmayacaq.

- AXCP funksionerlərindən sizə meyl edən varmı, yoxsa onların mövqeyin qəti məlumdur?

- Hələ ki, mən bu barədə danışmaq istəməzdim. Sizə bildirim ki, bu məsələləri də nəzərdən keçiririk. Sadəcə olaraq mən bu məsələdə daha ehtiyatlı olmaq istəyirəm və bunun da səbəbləri var.

- Sosial şəbəkələrdə sizə qarşı müəyyən ittihamlar irəli sürülür. Bunu necə qiymətləndirirsiniz?

- Təbii ki, ittihamların cavabını veririk. Bu ittihamlar əsassızdır, qondarmadır və hər zaman Əli Kərimlinin dilində qabar olan günahlandırmalardır. Artıq neçə illərdir ki, bunu edirlər. Əli Kərimli 1995-ci ildən bu günə qədər qeyd etdiyim ittihamlar üzərindən siyasətini quraraq danışır. Artıq xalq onun ittihamlarına inanmır. Onun bir siyasəti var: yanından gedən insanları qorxu və şantaj altında saxlasın və gedənlərə də, satqın və digər damğalar vursun. Ancaq daha onun bu şantajına inanan qalmayıb. İndi onun bu sözlərini məsxərəyə qoyub gülürlər.

- Siyasətdə insanların bir-birindən ayrılması, yeni təşkilatların qurulması zamanı satqındı, pul aldı partiyanı dağıdır kimi ittihamlar səsləndirilir və sizinlə bağlı da belə fikirlərdə irəli sürülməkdədir....

- Demək çox əfsuslar olsun ki, satqınlıq termini siyasət aləminə ilk dəfə Əli Kərimli gətirib və özü də bunu yüksək səviyyədə praktikadan keçirib. Və bu adı alnına damğa edib. Amma əslində satqın vətənini və torpağını satanlara deyilir. Dövlətinin və millətinin marağına xəyanət edən insanlara satqın deyilir. Xalqını öz marağı naminə həbslərə göndərənlərə satqın adı qoyulur. Bütün bu meyarların bir çoxu cəm formasında Əli Kərimlidə formalaşıb. Onun daxilində o qədər kin-küdurət, qısqanclıq toplanıb ki, bunu aydın sezmək olur. Bu adam revanşını qısqanclıq üzərində qurub. Bəlkə də, indi Əli Kərimli torpağının satılmasına da gedər, xalqın marağının tapdanmasına da gedir. Bəlkə də, müstəqilliyimizin və suverenliyimizin müəyyən qədər zədələnməsinə də, qol qoyar, təki hakimiyyəti əlinə keçirsin. Bu mənada ondan hər şey gözləmək olar. O da, digərlərini öz arşını ilə ölçdüyü üçün belə ifadələrdən gen-bol istifadə edir.

- Daha maraqlı məqam həmdə beynəlxalq və diplomatik reaksiyalardır. Artıq bir həftədir ki, fəaliyyətə keçmişiniz. Hansısa reaksiyalar varmı?

- Əfsuslar olsun ki, yoxdur. Amma diplomatiyada qızıl qaydadır ki, hər kəs gözləmə mövqeyi tutur, heç kim əvvəlcədən mövqeyini açıqlamır. Bu mənada mən kiminsə mövqe açıqlayacağını gözləmirəm. Sadəcə olaraq sular tam durulandan, hüquqi təmsilçilik tamamilə aydın olandan sonra onlar müəyyən fikirlərini bildirə bilərlər. Ancaq belə məqamlarda diplomatiya adətən susmağa üstünlük verir.

- Əli Kərimli sentyabr ayı ərzində qurultay keçirmək niyyətindədir. Bəs sizin sədri olduğunuz AXCP-nin Etimad Qurultayına Hazırlıq Komitəsinin niyyəti nədən ibarətdir?

- Biz hazırlıqlarımızı aparırıq. Və hesab edirik ki, sentyabrın sonlarına qurultayımızı keçirə biləcəyik.

- Yəni sentyabrda AXCP-nin iki qurultayı keçiriləcək?

- Mən Əli Kərimlinin qurultay keçirəcəyinə inanmıram. Çünki onun qurultayda nəsə deməsi, insanlara müraciət etməsi və yenidən sədr seçilməsi bəlkə də, özünə gülməli gələr. Bu baxımdan hesab edirəm ki, Kərimli qurultaya hazırlıq aparsa belə, ona sərf edən məqamda buna getmək istəyəcək. Ancaq biz bu şansı da onun əlindən alacağıq.

- Sizə elə gəlmirmi ki, sizin bu addımlarınız AXCP-nin qurultay keçirməsindən imtina etməsinə səbəb ola bilər?

-Hər şey mümkündür. Mən hesab edirəm ki, onlar ümumiyyətlə qurultay keçirə bilməyəcək və ya onu qeyri müəyyən vaxta qədər təxirə salacaqlar.

- Bəs bu qanuna zidd deyilmi, Siyasi partiyalar haqqında qanunun tələbinə görə, partiyalar ali tədbirlərini vaxtı-vaxtında həyata keçirməlidir?

- AXCP-nin sonuncu qurultayı 2010-cu ildə keçirilib. Mənə belə gəlir ki, həmin zaman ötüb, qurultayın vaxtından keçib. Mövcud qanunvericiliyə görə, Əli Kərimli artıq legitim sədr deyil, saxta sədrdir. Çünki AXCP-nin qurultayı 4 ildən bir keçirilməli və yeni sədr seçilməlidir. Qanunvericiliyin tələbləri də pozulub. Odur ki, hazırda Əli Kərimlinin sədr kimi fəaliyyəti qanunsuzdur.

- AXCP nizamnaməsinə görə, bir şəxs neçə müddət sədr ola bilər, bununla bağlı konkret məhdudiyyət nəzərdə tutulurmu?

- Heç bir məhdudiyyət yoxdur, ömürlük sədrlik nəzərdə tutulur. Hələlik bu da Əli Kərimlidir.

- Hüququ statusla bağlı siz nələri planlayırsınız?

- Təbii ki, biz sənədlərimizi və faktlarımızı Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Bu keçirəcəyimiz qurultaydan sonra baş verəcək. Ədliyyə Nazirliyi də bununla bağlı hansısa qərar vermək səlahiyyətinə malikdir. Hesab edirik ki, Ədliyyə Nazirliyinin verəcəyi qərar bizim xeyrimizə olacaq. Hər halda buna ümid edirik. Çünki AXCP rəhbərliyinin apardığı siyasətdən narazı olan insanlar məhz bizimlədir.

- Sizin ideoloji yönünüz necə olacaq?

- Bizim mövqeyimiz bəllidir. Biz Əbülfəz Elçibəyin rəhmətə getdiyi günə qədər olan mövqeyini birmənalı dəstəkləyirik. Bu azərbaycançılıq, türkçülük, millətçilik, dövlətçilikdir. Biz bu yöndə fəaliyyət göstəririk. Əlbəttə, ideoloji yönümüzlə bağlı qurultaya qədər müəyyən işlər, hazırlıqlar görüləcək. Və qurultayda bu elan olunacaq.

- Siyasi baxımdan hakimiyyətə və müxalifət partiyalarına münasibətiniz necə olacaq?

- Təbii ki, AXCP tolerant və dünyəvi partiyadır. Şübhəsiz ki, bütün siyasi partiyalarla da, əməkdaşlığa hər zaman hazırdır. Hakimiyyətlə əməkdaşlığa gəldikdə deyim ki, bu bir məsələ üzərində mümkündür. Əgər real dialoq olarsa, bunun tərəfləri bəlli olarsa, müzakirələrin mövzusu öncədən bilinərsə, biz bu haqda düşünə bilərik. Yəni haqq etdiyimiz dialoq bizə təklif olunarsa, bizdə bu təklifi qəbul edə bilərik. Ancaq ümumi dialoqlarda, nəyinsə xətrinə keçirilən görüşlərdə iştirak etmək niyyətimiz yoxdur.

- Qarşıdan parlament seçkiləri gəlir. Sizin bu seçkilərdə münasibətiniz necədir, iştirak edəcəksinizmi?

- Təbii ki, hələlik seçki ab-havası hiss edilmir. Lakin bütün bunlara baxmayaraq biz ayrı-ayrılıqda və fərdlər formasında qarşıdan gələn parlament seçkilərinə qatılmaq niyyətindəyik.

- Siz namizəd olacağınız seçki dairəsini müəyyən etmisinizmi?

- Tam olaraq seçki dairəsini müəyyən etməmişəm. Yəqin ki, yaxın günlərdə namizəd olacağım dairəni müəyyən edəcəyəm. Zənn etmirəm ki, bununla bağlı hansısa problem olsun. Mənə doğma olan dairələrdən birindən namizədliyimi irəli sürəcəyəm.

- AXCP neçə illərdir ki, qərargahsızdır, Əli Kərimli faktiki olaraq səyyar fəaliyyət göstərir, oturacağı bir məkanı belə yoxdur. Sizin qərargahınız, ofisiniz varmı, yoxsa sizdə səyyar fəaliyyətdəsiniz?

- Bildiyiniz kimi mənim ictimai təşkilatım da var. Mənim əvvəllərdə ofisim olub və bu ictimai qurumun qərargahı kimi fəaliyyət göstərib. Bu qərargahım məndə AXCP üzvü olmazdan əvvəl var idi. Hazırda da, bu ofisdən istifadə edirəm. Hələlik bununla keçinirik. Əsas odur ki, fəaliyyət olsun, iş görək. Bizim fikrimizcə, AXCP daxilində demokratik ab-hava bərpa olunmalıdır. Böyük bir partiya bir qrupun əlində olmamalıdır.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Yeni AXCP yaranır: Razi Nurullayev "Azadlıq" qəzetinə "Əlini burax,yanımıza gəl" dedi

    Yeni AXCP yaranır: Razi Nurullayev ...

    20-08-2015, 14:45

  • 
  • Ədliyyə Nazirliyi Razi Nurullayevin AXCP-sini də tanımadı

    Ədliyyə Nazirliyi Razi Nurullayevin AXCP-sini də ...

    2-12-2015, 15:27

  • 
  • "Yaxın günlərdə AXCP-dən daha böyük axınla istefalar olacaq"

    "Yaxın günlərdə AXCP-dən daha böyük axınla ...

    24-08-2015, 20:20

  • 
  • Suraxanı cəbhəçiləri də Əli Kərimlidən ayrıldı...

    Suraxanı cəbhəçiləri də Əli Kərimlidən ayrıldı... ...

    7-09-2015, 13:53

  • 
  • Razi Nurullayevin "AXCP planında" daha nə var?

    Razi Nurullayevin "AXCP planında" daha ...

    21-08-2015, 23:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu