“Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məhəmmədov, məzunuyyətdən qayıtdıqdan sonra ilk radikal addımlarını atdı. Məlumatlı mənbənin “Gündəm Xəbər”ə verdiyi məlumata görə o, ilin-günün belə bir vaxtında nə az, nə də çox, düz 5 şəhər və rayonun, yəni Ağdaş, Ağsu, Şabran, Lənkəran və Astara telekommunikasiya qovşaqlarının rəislərinə “əlvida” deyib. Təəccüb doğuran hal odur ki, qarşıdan parlament seçkiləri gəlməsinə və kimilərdəsə narazılıq hissinin baş qaldırmasına məhəl qoymayan “Aztelekom” İstehsalat Birliyinin şefi, atdığı addımında qərarlı olur. Düşünmək olar ki, onun belə bir qərarı yaxın günlərdə elə özünün əleyhinə işləyəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?