BakuBus MMC Bakıda bir nömrəli marşrut xətti üzrə "Iveco" markalı yeni avtobusları istifadəyə buraxıb. Bunu jurnalistlərə MMC-nin direktor müavini Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, avtobuslar "Koroğlu" metro stansiyasından "28 may" metro stansiyasına qədər və əks istiqamətə hərəkət edəcəklər. Avtobusların iş qrafiki 6:00-dan 00:00-ə qədər müəyyən edilib. Bu xəttə birinci mərhələdə 14 avtobus buraxılıb. Sərnişinlərin sayından asılı olaraq gələcəkdə avtobusların sayı ya artırılacaq və ya azaldılacaq.
Kərimli qeyd etdi ki, yeni avtobuslarda nağdsız ödəniş sistemi tətbiq edilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?