Ailə üzvləri xalq artisti İlham Əsgərovun doğulduğu Masallı rayonunda torpağa tapşırılacağını və vida mərasiminin də evində keçiriləcəyini xəbər verib. İlham Əsgərovla vida mərasiminin niyə Akademik Milli Dram Teatrında keçirilməməsi sualına “Onu teatrın direktoru İsrafil İsrafilovdan soruşun”- deyə cavab verilib. Teatrdan isə Publika.az-a bildiriblər ki, aktyorun vida mərasiminin evində baş tutması ailəsinin istəyidir: “Heç bir xalq artistinin ailəsinə qadağa qoyula bilməz ki, vida mərasimi “Azdrama”da keçirilməsin. Amma bunun üçün ailəsinin də razılığı olmalıdır. İlham Əsgərovun ailə üzvləri belə məsləhət gördülər ki, mərasim evində keçirilsin”. Qeyd edək ki, tanınmış aktyor dünən qəfildən infarkt keçirib və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun bir neçə gün öncə ürək əməliyyatı keçirdiyi bildirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?