Sentyabrın 5-də axşam Ermənistanın Qeqarkunik rayonunda, Martuni-Vardenis yolunda ağır qol qəzası baş verib, nəticədə üç hərbçi ölüb.
İçində hərbçilərin olduğu “Mercedes” idarəetməni itirərək ağaca çırpılıb.
Maşında olan 5 hərbçi ağır yaralı halda Vardenisdəki qarnizon hospitalına aparılıb. Erməni ordusunun 29 yaşlı zabiti, kapitan Taron Sedrakyan yolda ölüb. 38 yaşlı Qriqor Saakyan və onun həmyaşıdı olan yefreytor Gevorq Vardanyan isə sentyabın 6-da xəstəxanada keçiniblər.
Daha iki yaralının - 28 yaşlı Arutyun Mirzoyan və 30 yaşlı Sevak Qasparyanın vəziyyəti isə orta-ağır olaraq qalır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?