GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Jurnalist qatil həkimlə bağlı şikayətini geri götürdü

Jurnalist qatil həkimlə bağlı şikayətini geri götürdü

Tarix: 7-09-2015, 13:57 Bölmə :Ölkə Baxış: 0
Jurnalist qatil həkimlə bağlı şikayətini geri götürdü

BSU-nun mərhum dekanı, tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı, zərərçəkənin hüquqi varisi jurnalist Anar Niftəliyev qatil həkim-anestezioloq Firuz İbrahimovla bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırmadan imtina edib.

Bu barədə Axar.az-a jurnalist A.Niftəliyev özü məlumat verib. Onun sözlərinə görə, F.İbrahimov E.Tofiqqızının ölüm işi ilə bağlı son məhkəmə prosesindən yayınırdı və məsuliyyətdən yaxa qurtarmaq üçün sentyabrın 20-nə qədər xəstə adı ilə xəstəxanada yatmaq niyyətində idi:

“Artıq ictimaiyyətə məlumat verdiyimiz kimi, sentyabrın 20-də qətlin iki ili tamam olurdu və məhkəmə presedentinə görə, proses həmin tarixə qədər uzansaydı, o, CM-in 320.1-ci maddəsinin cəza hissəsindən azad oluna bilərdi. Ona görə də məhkəmə proseslərində, saxta sənəd təqdim etməklə, iştirakdan yayınırdı. Amma biz onun bu saxtakarlığını ifşa etdik”.

A.Niftəliyev jurnalist araşdırması ilə anestezioloqun 1 saylı Şəhər Kliniki Xəstəxanasında xəstə yatmadığını, bu “xəstə”liyin bəhanə olduğunu ifşa edən məlum videonun üzə çıxmasından sonra qatil-həkimlə bağlı ölçü götürüldüyünü xatırladıb:

“1 saylı Şəhər Klinik Xəstəxanasından avqustun 31-də səhər saatlarında əlaqə saxlayaraq bildirdilər ki, F.İbrahimov artıq xəstəxanadan xaric edilib və onun məhkəmədə iştirakı üçün bu tibb müəssisəsi üzərinə düşəni edib. Həmin gün saat 14:30-da Bakı Apelyasiya Məhkəməsində baş tutan prosesdə doğrudan da F.İbrahimovun iştirakı təmin edildi və CM-in 124.1 və 321.1 maddələri ilə təqsirləndirilən qatil-həkim məhkəmə zalındaca həbs edildi. Mən də paralel olaraq 1 saylı Şəhər Klinik Xəstəxanasına qarşı iddiamdan və 30 avqust tarixində məni qəsdlə maşınıyla vurub getdiyi üçün F.İbrahimovla bağlı Nərimanov Rayon Polis İdarəsində başlayan araşdırmadam imtina etməyin daha əxlaqlı addım olduğunu düşündüm”.

Zərərçəkənin sözlərinə görə, o, sentyabrın 1-nə təyin edilən tibbi-ekspertizadan və Travmatologiya İnstitutunun rəyindən, həmçinin F.İbrahimovun onu qəsdən vurduğunu əks etdirən videonun rəsmi şəkildə polisə təqdim edilməsindən də imtina edib:

“Artıq ayağımda heç bir ağrı qalmayıb. Bu barədə bu gün Nərimanov Rayon Polis İdarəsində sözügedən araşdırmanı aparan polis mayoru Ramil Əhmədova məlumat verdim və bildirdim ki, o adamla bağlı artıq şikayətim yoxdur, amma qanunvericilik nə tələb edirsə, o addım da atılmalıdır. Firuzun mənim həyatıma vurduğu zərbənin yanında ayağımın əzilməsi deyil, hətta sınıb-qırılması belə boş şeydir. O, bir insanın, bir gənc ananın qatili kimi həbs edilməyi haqq edib və cəzasını günə-gün çəkəndən sonra ömrünün sonuna qədər həkim fəaliyyəti ilə məşğul olmamalıdır”.

A.Niftəliyev bildirib ki, onun bu addımı həkimlərə və cəmiyyətə bir mesajdır:

“Mənim davam kiminsə mənə küçədə xəsarət yetirməsi məsələsi deyil, ayrı davadır: Canımıza qəsd edən və həyatımızı məhvə sürükləyən həkimlər bilməlidirlər ki, məhz məhv etdikləri insan həyatına görə cəza alacaqlar, küçədə hər hansı insidentə görə deyil. Əslində, bir ananın qətli qarşılığında bu cəza o həkim üçün çox yüngüldür, amma təəssüf ki, qanunvericiliyimiz belələrinin layiqli cəza almasına tam imkan vermir. İnşallah, bir dəfə də mənəvi peşmançılıq keçirməyən, məhkəmədə bircə dəfə də bu ölümün səbəbkarı olduğu üçün üzr istəməyən, prosesdəki son sözündə belə günahını etiraf edib, Allah qarşısında bağışlanmasını diləməyən F.İbrahimovun bundan sonrakı cəzasını Allah verəcək, yetim qoyduğu körpələrin ahı yerdə qalmayacaq”.

Qeyd edək ki, avqustun 31-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qatil-həkim Firuz İbrahimov barəsində cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 2,5 il müddətinə həbs qərarı verildi və cəzasının ilk günü 31 avqust 2015-ci ildən hesablanmaqla, o, məhkəmə zalındaca həbs edildi.

Xatırladaq ki, 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı E.Tofiqqızı dünyasını dəyişib. Bu əməliyyatda cərrah Mahir Məmmədov, assistent Fərəcullah İdrisov və anestezioloq Firuz İbrahimov iştirak ediblər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Elnarə Tofiqqızının ölümü ilə bağlı təqsirləndirilən həkim məhkəmə zalında həbs edilib

    Elnarə Tofiqqızının ölümü ilə bağlı ...

    31-08-2015, 18:34

  • 
  • Elnarə Tofiqqızının qatili iki maddə ilə təqsirləndirilir

    Elnarə Tofiqqızının qatili iki maddə ilə ...

    12-11-2014, 20:14

  • 
  • Anar Niftəliyev Baş Prokurorluğa çağırıldı

    Anar Niftəliyev Baş Prokurorluğa çağırıldı ...

    12-12-2013, 12:25

  • 
  • Elnarə Tofiqızının ölümü ilə bağlı müstəqil təhqiqat başladı

    Elnarə Tofiqızının ölümü ilə bağlı müstəqil ...

    25-11-2013, 12:18

  • 
  • Anar Niftəliyev: "Bu qətlin nüvəsində dələduzluq dayanır"

    Anar Niftəliyev: "Bu qətlin nüvəsində ...

    19-12-2013, 21:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (305)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu