“Baş vermiş cinayət işi ilə bağlı ictimaiyyətə intensiv məlumat verəcəyik”
Həkim terroru nəticəsində həyatını itirən Elnarə Tofiqqızının ölümü ilə əlaqədar cinayət işində zərərçəkmiş kimi tanınan mərhumun həyat yoldaşı Anar Niftəliyev artıq müstəqil təhqiqatın aparılması üçün vəkil tutduğunu bildirib.
Jurnalist bildirib ki, bundan sonra zərərçəkmişin hüquqlarını Müvəkkil Hüquq Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas Səməd Vəkilov təmsil edəcək.
S.Vəkilov artıq işlə tanışlığa başlayıb və Nəsimi Prokurorluğunda açılan cinayət işini aparan müstəntiqlə görüşüb. Hüquqşünas açıqlamasında bildirib ki, artıq müdafiə ilə bağlı sənədlər istintaq orqanına təqdim edilib: “İstintaq qrupunun rəhbəri Ələkbər Rzayevlə görüşdüm. Təfərrüata varmaq istəmirəm. Hələ ilk addımdır. Onu deyə bilərəm ki, baş vermiş cinayət işi ilə bağlı müstəqil tədqiqat aparılacaq və bu barədə ictimaiyyətə intensiv məlumat verəcəyik”.
Qeyd edək ki, zərərçəkmiş Anar Niftəliyev ötən həftə istintaqın hərtərəfli aparılmasına şərait yaradılması üçün Baş prokuror Zakir Qaralova məktub ünvanlayıb. Hüquqşünas artıq cinayət işinin istintaqının Baş prokurorun xüsusi nəzarətində olduğunu deyib.
Xatırladaq ki, sentyabrın 20-də “Medi Sina” klinikasında əməliyyat zamanı Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızı həkim səhlənkarlığı və məsuliyyətsizliyindən dünyasını dəyişib. Məhkəmə Tibbi Ekspertiza və Tibbi Anatomiya Birliyində aparılan ekspertizanın ilkin və yekun rəyində onun ölümünə səbəb kimi “nəfəs çatışmazlığı” göstərilib. Hazırda Tibbi Komissiya həkimlərin məsuliyyətini müəyyənləşdirir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?