akı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakinlərinə müraciət edib. “Report”un xəbərinə görə, müraciətdə iki kişi və bir qadından ibarət cibgir dəstəsinin üzvlərini tanıyan, onların əməllərindən zərər çəkən şəxslərdən BŞBPİ-yə müraciət etmələri xahiş olunur. Xatırladaq ki, BŞBPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 26-da saat 10:30 radələrində 57 saylı xətt avtobusunda Bakı şəhər sakini İrina Romanovanın əl çantasından 35 manat və bankomat kartı olan pul kisəsini gizli yolla oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunan şəxslər – 1970-ci il təvəllüdlü Oruc Müzəffər oğlu Məhərrəmov, 1979-cu il təvəllüdlü Azər Sabir oğlu Kərimov və 1981-ci il təvəllüdlü Samirə Ənvər qızı Əbiyeva tutulub. Şübhəlilərdən O.Məhərrəmovdan 0,757 qram, A.Kərimovdan 1,021 qram tiryək aşkar olunaraq götürülüb. Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?