Bərdədə inşaat malları bazarında yanğın baş verib. Hadisə saat 19 radələrində qeydə alınıb.
gundemxeber.az anspress-ə istinadən xəbər verir ki, əsasən tavan və döşəmələrin inşasında istifadə olunan taxta materiallar qısa müddət ərzində alov içərisində qalıb.
Hadisə yerinə FHN-nin Bərdə yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. 20 kvm ərazini əhatə edən yanğın neytrallaşdırılaraq digər satış məntəqələrinə keçməsinin qarşısı alınıb.
İlkin ehtimala görə yanğına siqaret kötüyünün ehtiyatsılıqdan inşaat materiallarının arasına düşməsi səbəb olub. Satış məntəqəsinin sahibi Səfa İmamquliyev hələlik dəyən zərərin miqdarının müəyyənləşmədiyini deyir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?