Türkiyənin Ordu vilayətində aralarında azərbaycanlıların da olduğu əxlaqsızlıqla məşğul olan 15 nəfər saxlanılıb.
APA-nın "Milliyət"ə istinadən verdiyi məlumata görə, şəhər polis əməkdaşları şikayət əsasında Altınordu bölgəsində bəzi evlərdə əməliyyat keçirib.
Nəticədə 7-si qadın olmaqla 15 nəfər əxlaqsızlıq və əxlaqsızlığa təşviq etmədə təqsirli bilinərək saxlanılıb. Həmin şəxslərlə bağlı iş Ordu Polis İdarəsindən prokurorluğa göndərilib.
Evlərdə aparılan axtarış zamanı çoxlu miqdarda pul və bank çekləri aşkar edilib.
Saxlanılan qadınların Azərbaycan və Gürcüstan əslli olduqları bildirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?