Bakı Apelyasiya Məhkəməsində musiqi ifaçısı Pərvin İslamzadəyə qarşı dələduzluq etməkdə təqsirli bilinən tanışı, 1992-ci il təvəllüdlü Əli Əliyevin işinə baxılır. Istintaqın gəldiyi nəticəyə görə, Əli Əliyev özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı və yaxın münasibətdə olduğu Pərvin İslamzadənin etibarından sui-istifadə edərək yalandan səsyazma studiyasına borcu olduğunu deyib.
O, Pərvini aldadaraq 2013-cü ilin yanvar ayının axırlarında yaşadığı Bakı şəhəri, Nizami rayonunda olan evində Pərvin İslamzadədən 600 manat borc alıb. Bundan əlavə o, yenə də Pərvinə qarşı dələduzluq etməkdə davam edib. Əli Əliyev 2013-cü ilin mart ayının əvvəllərində Pərvin İslamzadədən növbəti dəfə 600 manat alıb.
Əli Əliyev Pərvin İslamzadənin etibarından sui-istifadə edərək yalandan musiqi yazdıracağını, bunun üçün pul lazım olduğunu deyib. O, martın ortalarında Pərvindən 400 manat ala bilib. O, Pərvindən həmin ilin iyununda etni üsulla 1600 manatda alaraq qaytarmayıb.
Pərvin İslamzadə dələduzluqla üzləşməsi barədə Suraxanı Rayon Polis İdarəsinə müraciət edib. Onun müraciəti əsasında Əli Əliyev həbs edilib və barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) maddəsi ilə cinayət işi başlanıb. Suraxanı Rayon Məhkəməsində, hakim Zülfüqar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Əli Əliyevin dələduzluq cinayəti törətməsi sübuta yetirilməyib və buna görə də onun barəsində bəraət hökmü çıxarılıb.
Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti, həmçinin də zərərçəkmiş Pərvin İslamzadə apelyasiya şikayəti verib. Onlar Əli Əliyevin cəzasının ağırlaşdırılmasını istəyirlər. Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə məhkəmə araşdırması başlayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?