Bakıda iş adamlarına qarşı dələduzluq etməkdə təqsirli bilinən Aygün Rəhimova barəsində olan hökmdən apelyasiya şikayəti verib.
Aygün Rəhimovanın şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Apelyasiya şikayəti üzrə ilkin baxış iclası martın 13-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aygün Rəhimova 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Aygün Rəhimova iş adamı Qüdrət Məmmədovdan şərikli biznes qurmaq adı ilə 85 min manat alıb. Amma qadın verdiyi vədə əməl etməyərək, Qüdrət Məmmədovun pulunu ələ keçirib.
Daha sonra "Ayfon" telefonu almaq adı ilə yenə Qüdrət Məmmədovdan 14 min manat alıb.
Bundan başqa, Aygün Rəhimova iş adamı Surxay Məmmədovdan qızıl əşyaları satmaq adı ilə 55 min manat alaraq, mənimsəyib.
Aygün Rəhimova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə ittiham edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?