Bakıda tikinti materialları anbarında faciə baş verib.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binəqədi şossesində yerləşən tikinti materialları anbarında qeydə alınıb.
Sumqayıt şəhər sakini Əhməd Cəfərov və Yevlax rayon sakini Aslan İlyasov Elşad Qafarova məxsus "KamAZ" markalı avtomobildən tikinti materialları boşaldarkən yük üstlərinə aşıb.
Nəticədə Ə.Cəfərov hadisə yerində ölüb, xəsarət almış A.İlyasov isə xəstəxanaya yerləşdirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?