GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İslahatların ilk dalğası - NƏQLİYYAT NAZİRLİYİ LƏĞV EDİLİR

İslahatların ilk dalğası - NƏQLİYYAT NAZİRLİYİ LƏĞV EDİLİR

Tarix: 10-09-2015, 18:11 Bölmə :Ölkə Baxış: 0
İslahatların ilk dalğası - NƏQLİYYAT NAZİRLİYİ LƏĞV EDİLİR

Nəqliyyat Nazirliyinin səlahiyyətləri bir-bir əlindən alınır. Əslində, bu günə qədər “Azərbaycan Hava Yolları” QSC (AZAL), həmçinin Xəzər Dəniz Gəmiçiliyi formal olaraq nazirliyin balansındadır. Amma bu qurumlar faktiki olaraq Nəqliyyat Nazirliyinə tabe olmurlar.

Yalnız bu günə qədər “Azərbaycan Dəmir Yolları” QSC və “Azəryolservis” ASC nazirliyə tabeçilik nümayiş etdirib.

Ölkə mətbuatına istinad etsək, Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları”na sədr gətirilməsi bu qurumun da faktiki nazirliyin tabeçiliyindən çıxmasından xəbər verir.

Nazirliyin nəzarətində və hazırda qeyri-müəyyən durumda olan “Azəryolservis”ə də rəhbər təyin edilməsi gözlənilən şəxsin bir sıra şərtlər irəli sürdüyü iddia edilir...

Beləcə “Azəryolservis” də əldən çıxır. Ümumən baxdıqda, nəqliyyata aid səlahiyyətlərin demək olar ki, çox hissəsi Nəqliyyat Nazirliyindən alınıb.

Ölkə Prezidentinin son günlər nəqliyyat sektoru ilə bağlı tənqidi fikirləri isə bu sahədə ciddi problemlərin olduğunu deməyə əsas verir. Prezident iki gün öncə keçirdiyi müşavirdə bildirib:

“Nəqliyyat sektorunda da ciddi pozuntular var. İnsanları incidirlər, onların qarşısına əsassız tələblər qoyulur. Biz artıq bu sahənin bir hissəsini “ASAN xidmət”ə vermişik. Gələcəkdə də hər sahədə “ASAN xidmət”in standartları olmalıdır. Ona görə də gələn il hökuməti əlbəttə ki, böyük işlər gözləyir. Hökumət yeni situasiyada işləyəcəkdir. Neft gəlirləri azalır, ona görə daha çox innovasiyalara üstünlük verilməlidir”.

Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, noyabrda parlament seçkilərindən sonra ciddi struktur islahatlarına başlanacağı gözlənilir. Artıq bunun anonsu rəsmi şəkildə səsləndirilib.

Köklü dəyişikliklərin ediləcəyi nazirliklərin siyahısında ilk yerə məhz Nəqliyyat Nazirliyinin adının düşəcəyi proseslərin gedişindən açıq görünür.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Modern.az saytına deyib ki, ümumiyyətlə, nazirliklərin təsərrüfat fəaliyyəti ilə məşğul olması doğru deyil:

“Yalnız Nəqliyyat Nazirliyində deyil, bütün nazirliklərdə islahatlar aparılmalıdır ki, onlar təsərrüfat fəaliyyəti ilə məşğul olmasınlar. Nazirliyin vəzifəsi öz sahələrinin strateji inkişafını, taktiki problemlərini həll etməsi ilə məhdudlaşdırılmalıdır.
Dünyanın bir çox ölkələrində nazirliklərin məhz bu funksiyası var. Həmin qurumlar bu sahənin 1, 5, 10 illik inkişaf proqramını hazırlayır və yön verməyə çalışır.
Əvvəllər Azərbaycanda belə praktika var idi ki, nazirliklər həm də kommersiya işləri qurur, qapalı səhmdar cəmiyyət yaradır və bu yolla həm də birbaşa öz sahələrinə aid olan kommersiya fəaliyyəti ilə məşğul olaraq, bir növ inhisarçılıq yaradırdı.
Beləcə, rəqabətli mühiti xeyli dərəcədə aşağı salırdılar.
Açığı Nəqliyyat Nazirliyi ilə əlaqəli hər hansı siyasi qərar olub-olmayacağını bilmirəm. Amma olarsa da, onun səlahiyyətlərinin böyük bir hisəsinin kəsilməsi doğrudur və bu, gələcəkdə digər nazirliklərə də şamil olunmalıdır”.

İqtisadçı hesab edir ki, nazirliklərin biznesə müdaxiləsinin minimuma endirilməsi struktur islahatlarının əsasıdır:

“Əslində avtobuslar, nəqliyyat sahələri şəhər bələdiyyələri tərəfindən idarə olunmalıdır. Məsələn, Nəqliyyat Nazirliyinin işlərindən biri böyük infrastruktur layihəsi həyata keçirildiyi zaman onun iqtisadi pasportunu hazırlamaqdır. Yəni layihə bitəndən sonra onun iqtisadiyyata nə qədər xeyri olacaq, mal dövriyyəsini nə qədər artıracaq, büdcəyə daxilolmalarda neçə faiz artım gözlənilir və s... Dünya ölkələrindəki nazirliklər məhz bu yöndə fəaliyyət göstərir.

Nazirlik istər açıq, istərsə də qapalı səhmdar cəmiyyətin təsisçisi olmamalıdır. Nəqliyyat Nazirliyi hər hansı qurumun təsisçisi olanda onun lobbiçiliyi ilə də məşğul olmuş olur. Və həmin qurumun daha çox irəli getməsinə, daha çox gəlir əldə etməsinə və ona daha çox vəsait ayrılmasına çalışır. Bu isə maraqların toqquşması və rəqabətli mühitə ciddi ziyan vurur.
Nazirliklər biznesdən, kommersiyadan nə qədər uzaq olsalar, bir o qədər iqtisadi mühitin sağlamlaşmasına töhvə vermiş olar və yaxşı nəticələr əldə edilər”.

N.Cəfərli nazirliyin tabeliyində olan Nəqliyyat Müfəttişliyinin ləğv olunmasının vacibliyini də vurğulayıb:

“Nəqliyyat Nazirliyinin balansında olan Nəqliyyat Müfəttişliyinin özü Azərbaycan qanunvericiliyinə zidd qurumdur. Nazirliyin yaratdığı qurum səhmdar cəmiyyət kimi fəaliyyət göstərir və onların qazancı sürücülərə yazılan cərimələrdən çıxır. Dövlət qapalı səhmdar cəmiyyətə cərimə yazmaq hüququnu verə bilməz. Ona görə də bu qurum özü ləğv olunmalıdır. Nəqliyyata nəzarət adlı qurum dövlət yol polisinin işinin bir hissəsini özünə götürür. Həm də nəzərə almaq lazımdır ki, sürücülərlə nəqliyyat müfəttişləri arasında mütəmadi olaraq narazılıqlar baş verir, qeyri-qanuni hərəkətlərə yol verirlər. Bütün bunlar göstərir ki, Nəqliyyat Nazirliyinin hələ də struktur islahatlarına ehtiyacı var. Hesab edirəm ki, onların əlində olan səlahiyyətlər daha çox azaldılmalıdır”.

Milli Məclisin deputatı Zahid Oruc da saytımıza açıqlamasında bu sahənin tənzimlənməyə ehtiyacı olduğunu deyib:

“Təəssüf ki, bizdə müxtəlif qurumlardakı islahatlar dərhal şəxsi konteksdə qəbul olunur. Mən düşünmürəm ki, həyata keçirilən tədbirlər həmin nazirə qarşı münasibətin tərkib hissəsidir.
Həm taksi, həm də ictimai nəqliyyatın xidmətini elə səviyyədə qurmaq lazımdır ki, dövlət də yaratdığı şəraitə görə qanuni ödəmələri əldə edə bilsin. Narazılıqlar kifayət qədər çox oldu deyə, bir sıra islahatların həyata keçirilməsi labüdləşdi. Ən başlıca məsələ hər hansı qurumun özünə yaxın firma və şirkətləri meydana buraxmaqla digərlərini sıxışdırmaq deyil, qanunlar əsasında bərabər şəraiti təmin etməkdir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Oliqarxın payızı

    Oliqarxın payızı ...

    17-09-2015, 15:07

  • 
  • AZAL və “Azərbaycan Dəmir Yolları” nazirliyə birləşdirilir... - Cahangir Əsgərov da vəzifədən çıxarılır

    AZAL və “Azərbaycan Dəmir Yolları” nazirliyə ...

    25-05-2022, 14:26

  • 
  • Cavid Qurbanovun da KİTABI BAĞLANIR... - İLGİNC İDDİALAR...

    Cavid Qurbanovun da KİTABI BAĞLANIR... - İLGİNC ...

    11-08-2021, 11:24

  • 
  • Prezidentdən yeni təyinat

    Prezidentdən yeni təyinat ...

    9-02-2015, 22:28

  • 
  • Azərbaycan və Özbəkistan yükdaşımalarla bağlı memorandum imzaladı - FOTO

    Azərbaycan və Özbəkistan yükdaşımalarla bağlı ...

    27-03-2017, 21:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu