GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Oliqarxın payızı

Oliqarxın payızı

Tarix: 17-09-2015, 15:07 Bölmə :Manşet Baxış: 0
Oliqarxın payızı

Nəqliyyat naziri Ziya Məmmədovu Cavid Qurbanovun əvəz edəcəyi bildirilir

“Patriarxın payızı”... İndi bu məşhur söz birləşməsini gündəmə uyğun olaraq, belə dəyişmək olar: “Oliqarxın payızı”... Bəli, Azərbaycanda ilk beşliyə daxil olan oliqarxlardan birinin, uzun illər boyunca, necə deyərlər, “qılıncının dalı da, qabağı da kəsən” Nəqliyyat naziri Ziya Məmmədovun payızı başlayıb. İndi ölkədə əsas müzakirə mövzusu məhz bu məsələdir. Bir çoxları iddia edirlər ki, Ziya Məmmədovun oturduğu kreslodan düşürülməsinə sayılı günlər qalıb. Bu barədə bir qədər sonra. Əvvəlcə, Ziya Məmmədovun qısa tərcümeyi-halından və nəqliyyat naziri kimi mühüm bir posta necə qalxmasından danışaq.

Ziya Məmmədov 28 aprel 1952-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. Ali təhsillidir. Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlayıb. 1972-1974-cü illərdə hərbi xidmətdə olub.

1974-1980-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi, maşinist vəzifəsində, daha sonra 1980-1983-cü illərdə Biləcəri Lokomotiv deposu istismar sexinin partiya təşkilatının katibi və Biləcəri Lokomotiv deposu həmkarlar komitəsinin sədri vəzifəsində çalışıb.

1983-1984-cü illərdə Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin Lokomotiv dispetçeri, 1984-1987-ci illərdə Biləcəri Lokomotiv deposu rəisinin kadr və məişət işləri üzrə müavini vəzifəsinə təyin olunub. [ gundemxeber.az ] 1987-1989-cu il illərdə Biləcəri Lokomotiv deposu Dəvəçi əvəzedici məntəqəsinin rəisi, 1989-1991-ci il illərdə Gəncə Lokomotiv deposunun rəisi vəzifəsində işləyib. 1991-1993-cu illərdə Azərbaycan Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi, 1993-1996-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin lokomotiv və vaqon təsərrüfatı üzrə müavini işləyib.

Azərbaycan Respublikası Prezidentinin 31 iyul 1996-cı il tarixli 379 nömrəli Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsinə təyin edilib və 2002-ci ilin avqust ayına kimi bu vəzifədə çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2002-cı il tarixli 750 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat naziri vəzifəsinə təyin edilib.

Beləliklə, Ziya Məmmədov demək olar ki, 20 ilə yaxındır nazir statusundadır. Belə ki, o, 6 il Azərbaycan Dövlət Dəmir Yolunun rəisi işləyib. Karyerasının son 13 ilini isə o nazir postunda keçirir. Amma əbədi heç nə yoxdur. O cümlədən də heç bir vəzifə əbədi deyil. Bu baxımdan cənab Məmmədovun da tutduğu postdan uzaqlaşdırılmasının vaxtı çatıb. Bunun işartıları isə günü-gündən özünü daha qabarıq şəkildə biruzə verir.

Özü də oliqarxın payızının gətirdiyi külək deyəsən, təkcə onu deyil, bütün yaxınlarını “vuracaq”. İş burasndadır ki, Ziya Məmmədovun çöküşünün ilk işartısı onun oğlu - “Garant Holding” şirkətlər qrupunun rəhbəri Anar Məmmədovun 2011-ci ilin mayında Vaşinqtonda təsis edilənAzərbaycan Amerika Alyansının bağlanmasından başladı.

Bildirildi ki, A.Məmmədov biznesində yaranmış maliyyə problemləri səbəbindən ABŞ-dakı lobbiçilik fəaliyyətini dayandırıb. Azərbaycan Amerika Alyansının fəaliyyəti Amerika siyasi isteblişmentinin nüfuzlu nümayəndələrinə, senatorlara, konqresmenlərə və siyasətçilərə təsir etmək yolu ilə Vaşinqtonla Bakı arasındakı münasibətlərin hökumətlər səviyyəsində möhkəmlənməsinə yönəlmişdi.

Yəlumatlara görə, bir neçə həftə əvvəl Anar Məmmədov Vaşinqtondakı ofisini bağlayıb, təşkilatın kollektivi rəsmən buraxılıb. Nazir oğlu bir neçə il əvvəl Amerika siyasi çevrələrində

qeyri-real ambisiyaları, böyük iddiaları və möhtəşəm planları ilə peyda olmuşdu.

O, Konqresin Xarici Əlaqələr Komitəsinin keçmiş sədri Dan Bartona iş verərək onu sanballı maaşa Amerika Azərbaycan Alyansının icraçı direktoru təyin etmişdi.

A.Məmmədovun təşkilatının fəaliyyəti əsasən, Vaşinqtonda hər dəfə 600-700 adamın qatıldığı qala-ziyafətlərlə və təntənəli Azərbaycan gecələri ilə yadda qalmışdı. Bu ziyafətlər üçün ərzaq xüsusi təyyarələrdə Bakıdan daşınırdı, qonaqları Azərbaycanın tanınmış müğənniləri əyləndirirdi. Ziyafətə qatılanlar isə konqresmenlər, senatorlar, səfirliklərin nümayəndələri, diaspor üzvləri, habelə rəsmi şəxslər olurdu.

Ancaq belə görünür ki, Azərbaycana da gəlib çatan qlobal iqtisadi böhran iri oliqarxik şirkətlərə də öz təsirlərini göstərib. Ziya Məmmədovun və oğlunun biznesinin düşdüyü mürəkkəb vəziyyət həmçinin onların şirkətlərinin pis menecmenti ilə bağlıdır.

O da bildirildi ki, Anar Məmmədovun böyük borcları yaranıb. Onun biznes işlərinin acınacaqlı vəziyyətə düşməsinin digər oliqarx Hafiz Məmmədovla maliyyə zəminində ayrılmaları ilə əlaqəli olduğu bildirilir. H.Məmmədov nazirin oğlunu maliyyə baxımından qeyri-dürüstlükdə ittiham etməkdədir.

Bu məlumatlar sırasında oliqarxın 50 milyon dollarlıq şəxsi təyyarə alınması, Bodrumda otel tikdirməsi də yer almışdı. Lakin bir çoxları bildiridi ki, Anar Məmmədovun biznesinin çöküşü həm də qeyri-peşəkar menecment faktoru ilə bağlıdır.

Son günlər isə bilavasitə Nəqliyyat naziri Ziya Məmmədovun səlahiyyətlərinin məhdudlaşdırılması və ailə biznes-imperiyasının aktivlərini əldən verməsi prosesindən bəhs olunur.

Son məlumata görə, nazirin oğlu Anar Məmmədovun şirkəti olan və bir vaxtlar Bakının sərnişindaşıma nəqliyyatında inhisarçı olan “Transgate” MMC-yə məxsus bütün avtobus marşrutları şirkətdən alınıb.

Bunu Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildiriblər.

Mərkəzdən bildirildiyinə görə, şirkətə məxsus avtobuslar istifadəyə yararsız olub və nəticədə xətdən uzaqlaşdırılıb.

“Bu yaxınlarda “Transgate”ə məxsus avtobusda yanğın baş verib və digər texniki nasazlıqlar da qeydə alındığı üçün həmin avtobuslar xətdən çıxarıldı. [ gundemxeber.az ] Bunun əvəzində başqa daşıyıcılara məxsus daha müasir və keyfiyyətli avtobuslar xəttə çıxarılıb, yəni hazırda eyni xətlə başqa daşıyıcıların yeni avtobusları hərəkət edir”- mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Məlumata görə, “Transgate” MMC-yə məxsus 11 marşrut xəttinin 1-i ləvğ edilib, qalanları isə başqa daşıyıcılara verilib.

Digər məlumata görə, Məmmədovların daha bir biznes aktivi - Qubadakı “Rixos Quba” oteli də əllərindən alınıb. Otelin bu günlərdə başqa mülkiyyətçiyə keçdiyi bildirilir.

Xatırladaq ki, prezident İlham Əliyev nəqliyyat sektorundakı problemləri bir neçə dəfə tənqid edib. Bir neçə gün əvvəl prezident iqtisadi məsələlərə və büdcə layihəsinə həsr olunmuş müşavirədə də nəqliyyat sahəsində ciddi problemlərin olduğunu qeyd edib. Bu sahədə bəzi səlahiyyətlərin artıq ASAN xidmətə verildiyini xatırladıb.

Beləliklə, Nəqliyyat Nazirliyinin səlahiyyətləri bir-bir əlindən alınır. Əslində, bu günə qədər “Azərbaycan Hava Yolları” QSC (AZAL), həmçinin Xəzər Dəniz Gəmiçiliyi formal olaraq nazirliyin balansındadır. Amma bu qurumlar faktiki olaraq Nəqliyyat Nazirliyinə tabe olmurlar.

Yalnız bu günə qədər “Azərbaycan Dəmir Yolları” QSC və “Azəryolservis” ASC nazirliyə tabeçilik nümayiş etdirib.

Ölkə mətbuatına istinad etsək, Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları”na sədr gətirilməsi bu qurumun da faktiki nazirliyin tabeçiliyindən çıxmasından xəbər verir.

Nazirliyin nəzarətində və hazırda qeyri-müəyyən durumda olan “Azəryolservis”ə də rəhbər təyin edilməsi gözlənilən şəxsin bir sıra şərtlər irəli sürdüyü iddia edilir...

Beləcə “Azəryolservis” də əldən çıxır. Ümumən baxdıqda, nəqliyyata aid səlahiyyətlərin demək olar ki, çox hissəsi Nəqliyyat Nazirliyindən alınıb.

Ölkə prezidentinin son çıxışında nəqliyyat sektoru ilə bağlı tənqidi fikirləri də bu sahədə ciddi problemlərin olduğunu deməyə əsas verir. Prezident sözügedən müşavirədə bildirmişdi:

“Nəqliyyat sektorunda da ciddi pozuntular var. İnsanları incidirlər, onların qarşısına əsassız tələblər qoyulur. Biz artıq bu sahənin bir hissəsini “ASAN xidmət”ə vermişik. [ gundemxeber.az ] Gələcəkdə də hər sahədə “ASAN xidmət”in standartları olmalıdır. Ona görə də gələn il hökuməti əlbəttə ki, böyük işlər gözləyir. Hökumət yeni situasiyada işləyəcəkdir. Neft gəlirləri azalır, ona görə daha çox innovasiyalara üstünlük verilməlidir”.

Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, noyabrda parlament seçkilərindən sonra ciddi struktur islahatlarına başlanacağı gözlənilir. Artıq bunun anonsu rəsmi şəkildə səsləndirilib.

Köklü dəyişikliklərin ediləcəyi nazirliklərin siyahısında ilk yerə məhz Nəqliyyat Nazirliyinin adının düşəcəyi proseslərin gedişindən açıq görünür.

"Transqeyt”ə gəlincə, dediyimiz kimi, şirkətin nəzarətində olan bir neçə avtobus artıq digər şirkətlərə verilib.

Əldə olunan məlumata görə, 189 və 10 saylı avtobus "Çinar-Trans” MMC-yə, 6 saylı avtobus "İqafqaz” MMC, 11 saylı avtobus "Xaliq Faiqoğlu” MMC-yə verilib. 132 saylı avtobus isə hələlik departamentin qarajına daxil edilib.

"Transqeyt” şirkətinin tabeliyində olan digər marşrut xətləri isə tamamilə bağlanılıb. Bağlanan marşrutlar 1, 14, 20, 25, 40, 59, 69, 90, 95, 100 və s. idi. İlk öncə Nəqliyyat Departamentindən marşrutların bağlanmasına səbəb kimi orada işləyən avtobusların istismara yararsız olması göstərilirdi.

Xatırladaq ki, bir vaxtlar Bakının 50 faizdən çox avtobus xətləri "Transqeyt” şirkətinin rəhbərliyi altında işlədilirdi. Hətta vaxt vardı həmin şirkət digər kiçik avtobus sahibkarlarına meydan oxuyur, onlara marşrutlarının hansı istiqamətdən keçib-keçməmələri barədə göstərişlər verirdi.

Beləliklə, Nəqliyyat nazirinin səlahiyyətləri günü-gündən alınır. Bu səlahiyyətlərlə yanaşı onun şəxsi biznesinə də əl qoyulur. Hətta son məlumatlara görə, naziri öz postunda kimin əvəzləyəcəyi də müəyyən edilib. Hakimiyyətə yaxın mənbələrdən sızan xəbərə görə, Nəqliyyat naziri postuna "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun gətiriləcəyi gözlənilir.

Samir

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı

    Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı ...

    5-10-2015, 21:39

  • 
  • Ziya Məmmədovun qardaşı vəfat etdi - Yenilənib

    Ziya Məmmədovun qardaşı vəfat etdi - Yenilənib ...

    15-09-2016, 16:50

  • 
  • Ziya Məmmədovun öz kəndində tikdirdiyi fantastik saray-FOTOLAR

    Ziya Məmmədovun öz kəndində tikdirdiyi fantastik ...

    2-08-2016, 17:12

  • 
  • Ziya Məmmədovun daha bir səlahiyyəti əlindən alındı

    Ziya Məmmədovun daha bir səlahiyyəti əlindən ...

    17-03-2016, 21:05

  • 
  • Nəqliyyat Nazirliyində Ziya Məmmədovsuz TOPLANTI

    Nəqliyyat Nazirliyində Ziya Məmmədovsuz TOPLANTI ...

    19-10-2015, 12:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu