GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Məmurlar kondisionerli maşınlarda, biz isə...”

“Məmurlar kondisionerli maşınlarda, biz isə...”

Tarix: 10-09-2015, 22:35 Bölmə :Ölkə Baxış: 0
“Məmurlar kondisionerli maşınlarda, biz isə...”

“Biri bunları başa salsın ki, fermerin işini ləngidəndə o fermer nəyi var, zərərə düşür. Vaxtında texnika verilmirsə, torpaq şumlanmaya gecikir, su verilmirsə, əkib-becərdiyin yanıb külə dönür, çəkdiyin xərc havaya sovrulur.

Dövlət başçısı fermerlərə diqqətdən danışır, ancaq rayonlarda onları süründürürlər, aşağılayırlar, üstəlik zərərə, stressə salırlar”.

Bunu Ağdamdan köçkün düşüb Biləsuvarda məskunlaşmış 80 yaşlı Əli Hüseynov deyir.

Əli Hüseynovun oğlu gənc yaşında Qarabağ müharibəsində həlak olub. Ailə dövlətdən indiyədək heç bir imtiyaz görməyib. Heç umacağı da yoxdur. İstədiyi tək bir şey sahibi olduğu 60 hektar sahədə fermer kimi fəaliyyətinə əngəl yaradılmamasıdır.

Fermer deyir ki, Biləsuvarda 60 hektar ərazisi olan torpaq sahəsi var. Bir hissəsində ferma tikib. Torpaq şoran olduğu üçün arpa, yonca əkə bilmir. Öz təbirincə desək, “uzunmüddətli çənə-boğazdan” sonra ona rayonun Su-Kanal İdarəsindən bir traktor ayrılıb ki, şoranlığı təmizləmək üçün qazıntı işləri aparılsın. Ancaq fermerin işi irəli getmir ki, getmir. Səbəbindən özü danışır: “Onsuz da bütün işləri şəxsi vəsaitim hesabına görürlər. Halbuki bu işi elə müvafiq dövlət qurumları özləri görməlidir. Ancaq düşündüm ki, bunlardan hələ bir traktor almaq üçün əsəb xəstəliyi tapmışam. O ki ola bunlar mənə pulsuz iş görə, bunu heç yatıb yuxuda da görmək mümkün deyil. Düz iki ildir ki, o traktoru veriblər mənə, heç nəyə də yaramır. Ərazinin yarısı qazılıb, yarısı qalıb. Bir neçə günlük iş var orda, ancaq iki ildir qapılarında qoyublar məni, işi başa çatdırmırlar”.

80 yaşlı fermer deyir, böyük bir ailənin gözü bu sahəyə dikilib: “İş yox, güc yox... Heç yerdən gəlir yox. Başımızı buraxıblar ki, gedin, bildiyiniz kimi sağ qalın. Heç olmasa həyatımıza belə əngəllər yaratmasınlar”.

Əli Hüseynov düşünür ki, dövlət başçısı fermerlərin fəaliyyəti üçün yerlərdəki məmurlara tapşırıq verir, məmurlarsa qulaqardına vurur: “Biləsuvarın icra başçısının qəbuluna getdim. Göstəriş verdi ki, Əli kişinin işi qısa müddətdə başa çatdırılsın. Təbii ki, yenə də şəxsi vəsaitim hesabına... Amma yenə bir nəticəsi olmadı. Sonradan göstərişinin yerinə yetirilmədiyini ona demək üçün dəfələrlə icra aparatına getdim, ancaq qəbuluna düşə bilmədim. Heç teleqramlarıma da cavab gəlmədi. Çünki özləri də yaxşı bilirlər ki, vədləri mənim kimi sadə adamları yola vermək üçündür”.

Əlinin yerdən-göydən üzüldüyünü deyən fermer ölkə başçısından kömək istəyir: “80 yaşım var. Xəstə adamam. Dövlətdən heç nə istəmirəm. Heç olmasa mənə zərər vurmasın. Xəstə, qoca adamı salıblar qapılara. O bunun üstünə göndərir, bu, onun üstünə. Biz piyada, məmurlarsa kondisionerli maşınlarda... Çata bilmirik onlara...”

Biləsuvar Eayon İcra Hakimiyyətindən “Azadlıq”a bildiriblər ki, bir müddət əvvəl icra hakimiyyətinin başçısı Mahir Quliyev 80 yaşlı Əli kişini qəbul edib. Ona torpaq sahəsində görülməli işlərlə bağlı kömək olunması üçün tapşırıqlarını verib. Hətta torpaqda işlər də aparılıb. Bu işlər fermeri qane etməyibsə, icra hakimiyyəti olaraq ona yenə kömək etməyə hazırdırlar. Yetər ki, bir daha müraciət etsin.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İmişlidə ÖZBAŞINALIQ... - "...mən öz haqqımı sonuna qədər tələb edəcəm"

    İmişlidə ÖZBAŞINALIQ... - "...mən öz haqqımı ...

    4-09-2020, 10:25

  • 
  • Biləsuvarda yanğın

    Biləsuvarda yanğın ...

    15-06-2016, 21:27

  • 
  • Başçının əlindən fermerlər dad deyir

    Başçının əlindən fermerlər dad deyir ...

    11-05-2016, 14:06

  • 
  • Qubada 25 hektar biçilməmiş taxıl sahəsi yanıb

    Qubada 25 hektar biçilməmiş taxıl sahəsi yanıb ...

    9-07-2013, 18:50

  • 
  • Daha bir fermer FHN-dən narazılıq edir

    Daha bir fermer FHN-dən narazılıq edir ...

    20-12-2012, 13:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu