Kompensasiya verilməsi üçün aidiyyatı olan bütün qurumlara dəfələrlə olan müraciətlər cavabsız qalıb
gundemxeber.az İmişli rayonunun Çaxırlı kəndindən olan fermer Əmir Həsənov yerli hakimiyyət tərəfindən hüquqlarının pozulmasıl ilə bağlı dünən RATİ-də mətbuat konfransı keçirib. Ə.Həsənov 2010-cu ilin daşqınları zamanı 2,5 ha torpaq sahəsinin su altında qaldığını, bunun 1,7 ha-nın yararsız hala düşdüyünü deyib. Fermerin torpaq sahəsi və 300 ton çuğundur itkisinə məruz qalması ilə bağlı kompensasiya verilməsi üçün aidiyyatı olan bütün qurumlara dəfələrlə olan müraciətləri cavabsız qalıb. Amma dəyən ziyanı ödəməli olan Fövqəladə Hallar nazirliyi (FHN) kompensasiyanı ödəməyib. 2012-ji ilin yanvarında 1 saylı inzibati-iqtisadi məhkəmənin çıxardığı uyğun qərara baxmayaraq FHN kompensasiyanı ödəməkdən imtina edib. Məhkəmə qərarında ödəniləjək kompensasiyanın məbləği əksini tapmayıb. Ə.Həsənovun öz hesablamalarına görə, bu ziyan təqribən 7 min manat təşkil edir. “Bu pulu mənə FHN verməlidir. Mən FHN nazir müavinini yanılna beş dəfə getmişəm, amma nəyəsə nail ola bilməmişəm. Sonuncu dəfə general Zamanovun qəbulunda olmuşam, o da məni kabinetindən qovub”-deyə Ə.Həsənov bildirib. Dövlət başçısına müraciət edən fermer kopensasiyasını almaqda yardımçı olmasını xahiş edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?