GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ümidləri doğrultmayan İsmayıllının icra başçısı...

Ümidləri doğrultmayan İsmayıllının icra başçısı...

Tarix: 11-09-2015, 16:32 Bölmə :Ölkə Baxış: 0
Ümidləri doğrultmayan İsmayıllının icra başçısı...

Azərbaycanın cənnət məkanlarından biri olan İsmayıllıda təbiətin gözəlliyindən fərqli olaraq əhalinin durumu cəhənnəmi xatırladır

2013-cü ilin yanvar ayındakı məlum olaylardan sonra rayonun icra başçısı Nizami Ələkbərov vəzifəsindən azad edildi. Onun yerinə İsmayıllıdan olan professor Mirdaməd Sadıqov gətirildi.

Düşünülürdü ki, rayona yerli bir nəfərin başçı qoyulması mövcud problemləri aradan qaldıracaq. Lakin Mirdaməd Sadıqovun bu müddət ərzindəki fəaliyyəti bunun tam əksini sübut edir. Sakinlərin sözlərinə görə, M.Sadıqov sadəcə təyinatının ilk aylarında vətəndaşlarla görüş keçirib, onları narahat edən məsələləri dinləyib: “Keçmiş icra başçısı Nizami Ələkbərovun memarı olduğu problemlərin bir çoxu həll olunmamış qalır. Rayonun bəzi kəndlərində yollar hələ də bərbad vəziyyətdədir. Rayonun mərkəzinə gedib-gəlməkdə çətinlik çəkirik. Qış aylarında şərait daha da dözülməz olur.

Yağış, qar yağan kimi hər tərəf palçığa bürünür. Uşaqlar məktəbə gedə bilmirlər. Təcili yardım maşınları yollar pis olduğuna görə çağırış ünvanlarına vaxtında çatmırlar. Başçı özünü göstərmək üçün fevral və mart aylarında bir neçə dəfə sakinlərlə görüş keçirdi. Vəd verdi ki, problemlər zamanla həllini tapacaq. Amma rayon rəhbəri bizə verdiyi sözü tutmadı. Rayondakı sosial problemlərin böyük hissəsi hələ də qalır”.

Yerli camaat işsizlikdən əziyyət çəkir

Sakinlər deyir ki, rayonda çox ciddi işsizlik problemi var: “Gənclərin böyük hissəsi işsizdir. Normal əməkhaqqısı olan iş yerləri azdır. Rayondakı məmurların yaxın çevrəsində təmsil olunan şəxslər ən yaxşı işlərdə çalışırlar. Guya turistik rayonumuz var. Hə, nə olsun? Bunun bizə daha çox ziyanı dəyir. Tursitik yer olduğu üçün iş yerləri kimi məmurların ağlına ancaq restoran, kafe və hotellər gəlir. Onların da işçilərinin sayı azdır. Zavod deyil ki, minlərlə işçisi olsun. Üstəlik, restoran və kafelərdə əmək haqqı az olur. Rayonun Aşağıbaş kəndi ərazisində velosiped zavodu tikilir. Bəlkə bu bir qədər işsizliyin qarşısını ala bilər”.

“Çarə tapmaq üçün getdiyimiz xəstəxanada yeni xəstəlik tapa bilərik”

Sakinlər rayon xəstəxanasının da bərbad vəziyyətdə olduğunu deyirlər: “Xəstəxanamız yararsız vəziyyətdədir. İsmayıllı Rayon Mərkəzi Xəstəxanası iki ildir ki, əsaslı təmir üçün bağlanıb. Xəstəxana müvəqqəti olaraq uşaq poliklinikasında fəaliyyət göstərir. Uşaq poliklinikası sovetlər dönəmində tikilib və bu günə qədər orada əsaslı təmir aparılmayıb. Bina çox şəraitsiz və qəzalı vəziyyətdədir. Dedilər ki, Gül bayramında yeni xəstəxananın açılışı olacaq və bütün heyət həmin ünvana köçəcək. Amma hələ də açılış olmayıb. Dərmanları özümüz alırıq. Xəstəxana binası köhnədir, nəmişlikdir. Sağlamlıq tapmaq üçün getdiyimiz xəstəxanada yeni xəstəlik tapa bilərik”.

Lahıcda diş həkimi belə tapılmır

İsmayıllıya gedib, tarixi Lahıc qəsəbəsi ilə maraqlanmamaq olmazdı. Qəsəbə sakinləri bizi görən kimi problemlərindən danışmağa başladılar: “Bu qədər tarixə malik bir qəsəbədə yaşayasan, amma dişin ağrıyan zaman bircə həkim belə tapmayasan. Belə şey olar? Qəsəbədə bircə həkim var. O da çox yaşlıdır. Bizim tarixi abidələrimiz kimi. Bundan əlavə, qəsəbədə yaşamağa adam qalmayıb. İşsizlik baş alıb gedir. Hərə bir yana qaçır. Başqa çarəmiz yoxdur. Gəlirimiz turistlərdən asılıdır. Onlar da yayda gəlirlər. İşıqlarımız tez-tez sönür”.

İnsanlar susurlar..

2013-cü ilin yanvarında İsmayıllıda minlərlə insanın qatıldığı etirazlar ölkənin gündəmini zəbt etmişdi. O hay-küylü etirazların ardından gələn həbslər rayondakı durumu dəyişib. İnsanlar həmin etirazlar haqqında danışmaqdan çəkinir, qısa cavablarla söhbəti dəyişməyə çalışırlar. Hətta səfərimizi başa vurduqdan sonra şəhərə dönüşümüzdə mindiyimiz taksi sürücüsü belə həmin hadisələrdən danışmaq istəmirdi.

İcra başçısının deputatlıq arzusu

Etibarlı mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumata görə Mirdamət Sadıqov yaxın vaxtlarda istefaya göndəriləcək. Bunu onun özünün istədiyi deyilir. Qeyd edilir ki, icra başçısının fikri bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərinə qatılmaqdır. Ancaq bizim üçün bu xəbər çox təəccüblü gəlir. Çünki Mirdamət Sadıqov icra başçısı kimi özünü doğrultmayıb, əksinə əhaliyə verdiyi vədlərə xilaf çıxdığına görə hazırda onun rayonda reytinqi xeyli aşağı düşüb. İnsanlar icra başçısına inanmadıqlarını, rayonda özbaşnalığın, tayfabazlığın başında elə alim başçının durduğunu qeyd edirlər. İdarə, müəssisələrdə işləyən məmurlar da açıqca bunu gizlətmədən danışırlar.

Lətifələr qəhrəmanı

İcra başçısının əsas müzakirə olunaraq, məsxərəyə qoyulduğu vəziyyət onun rəsmi qəbullarda özünü qeyri-ciddi aparması, insanlara alçaldıcı sözlər söyləməsi, iclaslarda şeir, lətifələrdən istifadə etməsi artıq rayonda haqqında dedi-qoduya səbəb olub. Buna rəğmən bu günlərdə Qığılcım qəzetində icra başçısı və şikayətçi qadının karikaturası da verilmişdir. Bununla bağlı rayondakı mənbə cumhuriyyet.az-a bildirir ki, icra başçısı haqda lətifələr toplusu halında kitab nəşr etmək istəyən yumoristik bir şəxs sadəcə onun vəzifədən kənarlaşdırıldığı günü gözləyir. Həmin şəxsin keçmiş icra başçısı Nizami Ələkbərovla hələ də sıx münasibətlərinin olduğu qeyd edilir.

İdarəçilik əvəzinə anarxiya

Rayonda insanlar hər hansı şikayət üçün icra hakimiyyətinə müraciət etməyin artıq mənasız olduğunu qeyd edirlər. Əvvəla burada Mirdamət Sadıqovun yaxın silahdaşı keçmiş polis zabiti Arif Aslanov hazırda icra hakimiyyətində qarovulçu vəzifəsində çalışır. Arif Aslanovun burada tətbiq etdiyi çox ciddi rejim qaydaları hökm sürür. Respublikanın heç yerində belə qaydalar olmadığı halda İsmayıllı icra hakimiyyətində bu qaydalar tətbiq edilir. İcra hakimiyyətinə daxil olmaq, hər hansı ciddi rejimli həbsxanalara daxil olmaqdan daha çətinləşdirilib. Qəbula yazılmaq istəyən vətəndaşlar əvvəlcə çox ciddi şəkildə sorğu-sual olunur və sonra qəbula yazılmasına icazə verilir. Qarovulçu, ancaq özünü icra başçısından da yüksəkdə görən Arif Aslanovun adı insanları ən çox incidən və acılayan şəxs kimi daha çox hallanır. Bu insanın polisdə işlədiyi dönəmdə həbs olunduğu qeyd edilir. Niyə həbs olunmağını araşdırmalarımızdan sonra qeyd edəcəyimiz insanın haqqında deyilənlərin nə dərəcədə real olub olmadığını icra hakimiyyətində mühafizə polisində işləyən əməkdaş da təsdiq etdi. Rayonda professor başçını qınayanlar onun hələ də 71 yaşında olub hazırda pensiyaçı olduğu qeyd edilən Valeh Salehovu yanında saxlamasıdır. Qeyd edilir ki, Valeh Salehov icra hakimiyyətində hər hansı vəzifə, təyinata malik deyil. Ancaq çox təəccüblüdür ki, insanlar gecə-gündüz baş sındırır ki, bu insanda hansı fitri isdedad var ki, hansı xidmət növlərindən istifadə edir ki, bu insan Mirdamət Sadıqova bu qədər əzizdir?Alim başçının nüfuzuna əslində zərbə vuranlar hazırda onun sağında-solunda hərlənib ondan nə isə qopartmaqla məşğuldurlar. Bu da öz növbəsində onun hakimiyyət ömrünün qısa olması deyimlərini xeyli dərəcədə real olduğu qənaətini hasil edir.

Son söz əvəzi- əyri düzü…

Bir məsələyə diqqət yetirsək yəqin ki, yanılmarıq. Başqa rayonlarda icra başçıları boş vaxtlarında, hansısa məsləhətləşmələrdə rayonun ən tanınmış ziyalıları ilə, hakim, prokuror, mtn, polis rəisi və sairlərlə birlikdə olub müəyyən gənəşiklər edirlər. Ancaq İsmayıllıda sanki hər şey tərsinədir. Burada başçının oturub durduğu, məsləhət etdiyi, informasiyalarına istinad etdiyi adamlar o, dərəcədə cılız şəxslərdir ki, hətta öz ailələrində böyük kimi qəbul olunmaları belə sual altındadır. Mirdamət müəllimin informasiya aldığı adamlar rayonda və bir ucu da rayona yaxın yerdə yerləşən qaçqınların kompakt yaşadığı Qarabağ qəsəbəsindədir. Hörmətli alim hətta dağ kəndi olan Basqal zonasına da bu məqsədlə səlahiyyətli nümayəndə təyin edib. Bir sözlə, uzun sözün qısası bu rayonda hələki əyri düzü kəsir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İsmayıllının icra başçısı özünə işləyir

    İsmayıllının icra başçısı özünə işləyir ...

    7-02-2015, 23:30

  • 
  • 17 rayonun icra başçısı vəzifəsindən azad ediləcək – SİYAHI

    17 rayonun icra başçısı vəzifəsindən azad ...

    3-06-2018, 00:17

  • 
  • Mirdamət Sadıqov İsmayıllını talayır

    Mirdamət Sadıqov İsmayıllını talayır ...

    3-04-2018, 17:07

  • 
  • Füzuli Ələkbərovun qardaşına MTN-də vəzifə verildi

    Füzuli Ələkbərovun qardaşına MTN-də vəzifə verildi ...

    13-10-2013, 14:53

  • 
  • Üç rayonun İH başçısı dəyişdirildi

    Üç rayonun İH başçısı dəyişdirildi ...

    16-04-2014, 19:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu