Rayondan Nizami Ələkbərovun uzaqlaşdırılaraq yerinə Mirdaməd Sadıqovun təyin edilməsi, demək olar ki, heç nəyi dəyişmədi. Onsuz da, hansı rayon olursa-olsun təzə başçı gələn kimi çalışır ki, yalandan-gerçəkdən milləti özünə inandıra bilsin. Bunun da axırı çox çəkmir. Milləti inandırmaq əzmi ilə çalışan, lakin əməli ilə sözü düz gəıməyən icra başçılarının nüfuzu tezliklə xalq arasında düşməyə başlayır. O cümədəın, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov da deyilənlərə əyani sübutdur.
Mirdaməd Sadıqovun adı işlədiyi bütün sahələrdə o qədər də yaxşı hallanmayıb. Rayonda gedən quruculuq-abadlıq işləri pis vəziyyətdədir. Rayonun səhiyyə, mədəniyyət və təhsil şöbələrində korrupsiya baş alıb gedir. Özəl və dövlət strukturlarına ayrılan vəsait, icra başçısının əli ilə talan edilir. MMC-lərə köçürülən pullar, yalnız Mirdaməd Sadıqovun nəzarəti ilə xərclənməli olur. Vətəndaşların ərizə və şikayətlərinə lazımi səviyyədə baxılmır ki, bu da əhali arasında rayon rəhbərliyinə qarşı etimadsızlıq yaradır. Ötən il keçirilən bələdiyyə seçki kampaniyası da, demokratik şəkildə baş tutmayıb. Alınan məlumata görə, yeni seçilən bələdiyyə sədrləri Mirdaməd Sadıqov tərəfindən aksiona qoyulub.
Araşdırmalar göstərir ki, dövlət tərəfindən rayona ayrılan küllü miqdarda vəsaitlər, ayrı-ayrı şəxslərin adı ilə göyə sovrulur. Məsələn, rayon icra hakimiyyəti tərəfindən fiziki şəxs İsayev Fikrət Allahverdi oğlunun adına yumşaq inventar və maşın avadanlığı almaq üçün 57 000 manat pul maxinasiyası olub. İnventar alınması, cari və əsaslı təmir üçün “VNFO” MMC adı altında fəaliyyət göstərən MMC-də 860 645 manat pul silinib. Şəhər nümayəndəsinə ət-süd alınması üçün fiziki şəxs, Mübariz Abdullayevə 36 000 manat pul köçürülüb. Eyni zamanda, şəhər nümayəndəsinə ərzaq alınması üçün “Alfa-14” MMC-yə 43 800 manat vəsait köçürülüb. Bəs bu qədər vəsaitin qabağında millət üçün hansı işlər görülüb? Təbii ki, heç nə... Ola bilməz ki, rayonun icra başçısı yarıdan çox vəsaiti mənimsəməmiş olsun. O da məlumdur ki, ötən il şəhərdaxili yolların təmirinə 881 000 manat, abadlıq işləri üçün isə 713 000 manat vəsait köçürülsə də, görüləçək işlərdən əsər-əlamət yoxdur. Pulların haraya və necə xərclənməsi, yalnız icra başçısına məlumdur.
Bir neçə gündür mətbu orqanlarda icra başçısının idarəçilikdə qohum-əqrabasına üstünlük verdiyi də ön xəttə çəkilib. Mirdamət Sadıqov əhali arasında da gec-gec olur. Bu da onun yaş dərəcəsinin çoxluğu, və fiziki gücünün zəifliyindən əməıə gəlir.
Sorğu
Yeni dizaynımız necədir?