Göyçay rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
gundemxeber.az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 215-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Rayonun Qaraməryəm kənd sakini, 1952-ci il təvəllüdlü İlyas Ağaməmməd oğlu Tağıyev qarşısına maneə çıxdığı üçün idarə etdiyi "VAZ 2106" markalı minik avtomobilinin idarəetməsini itirib.
Avtomobil yoldan çıxaraq ağaca çırpılıb və 2 metr dərinliyində çökəyə aşıb. Sürücü İlyas Tağıyev və sərnişin, Qarayazı kənd sakini, 1978-ci il təvəllüdlü Pərviz İdris oğlu Xankişiyev yaralanıb. Onlar Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Avtomobil yararsız hala düşüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?