Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq etmiş şəxs tutulub.
Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, Bakı Şəhər BPİ Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 2-də saat 21 radələrində Nizami rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Mehrab Muradova məxsus "Mercedes E-240" markalı avtomobilə sərnişin qismində əyləşərək soyğunçuluq yolu ilə 17 manat pulu və mobil telefonu talamaqda şübhəli bilinən İmişli rayon sakini, 1988-ci il təvəllüdlü Nahid İbrahimov tutulub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?