Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri X.Əliyevanın qızıl boyunbağısını və Ü.Xəlilovaya zor tətbiq edərək içərisində 110 manat, 100 ABŞ dolları, bankomat kartları və sənəd olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalarla onun Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Camaləddin Qəmbərov olduğu müəyyən edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?