Türkiyədə bu gecə də terror hücumları ilə sarsılır. Hücumların əksəriyyəti polislərə qarşı təşkil edilib.
ANS PRESS-in məlumatına görə, təkcə bu gecə PKK terrorçularının təşkil etdiyi hücumlar nəticəsində 5 nəfər polis əməkdaşı şəhid olub.
Hücumlar ölkənin Hakkari və Mardin şəhərlərində baş verib. Hakkari-Van yolunda polis karvanı keçən zaman silahlılar maşınlara hücum edib. Nəticədə iki polis əməkdaşı şəhid olub. İki polisin isə ağır yaralı olduğu bildirilir.
Mardin şəhərinin Nusaybin qəsəbəsində PKK silahılarının zirehli polis maşınına hücumu nəticəsində isə üç polis əməkdaşı şəhid olub. Bir nəfər isə ağır yaralıdır.
Yerə döşənən partlayıcılar uzaqdan idarə olunub.
Hücumdan sonra terrorçuların tutulması üçün bölgədə irimiqyaslı anti-terror əməliyyatılarına başlanlıb.
Van şəhərində isə PKK terrorçuların dəstəkləyən fəallar tərəfindən barikadalara quraşdırrılan bomba “TOMA” markalı zirehli maşın ərazidən keçən zaman partladılıb.
Avtomobilə ziyan dəyməsə də baş verən atışmada bir nəfər yaralanıb.
Siirt'in Eruh və Pervari qəsəbələrində isə Türkiyə ordusu uğurlu əməliyyat keçirib. Hərbi bazaya hücum edən silahlılar ağır silahlardan istifadə ediblər. Əsgərlərlə terrorçular arasında baş verən atışmada altı terrrorçu öldürülüb. Hücumdan sonra qaçan 3 terrorçunun tutulması istiqamətində keçirilən əməliyyatlarda helikopterlərədə iştirak edib. Uğurlu əməliyyatda qaçan üç terrorçu məhv edilib.
Bir nəçə gün əvvəl Dağlıca bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli hərbi texnikanın hərəkəti zamanı yola basdırılmış təxminən 400 kq C-4 tipli partlayıcı maddə terrorçular tərəfindən partladılmışdı. Hadisə nəticəsində 16 əsgər şəhid olub.
Hadisədən sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr PKK mövqelərini bombalayıb. Türkiyə ordusu Şimali İraqda yerləşən PKK hədəfərini məhv etmək üçün F-16 və F-4 qırıcı təyyarələrindən istifadə edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?