PKK terrorçuları tərəfindən Türkiyənin Mardin vilayətinin Kızıltəpə bölgəsində partlayış törədilib. Anadolu Agentliyi xəbər verir ki, hadisə Kızıltəpə Dövlət Xəstəxanasının qarşısında qeydə alınıb. İlkin məlumata görə, uzaqdan idarə olunan partlayıcı qurğunun ərazidən polis avtomobili keçdiyi zaman işə salındığı bildirilir. Hadisə nəticəsində 3 nəfərin öldüyü, 30-dan çox yaralının olduğu bildirilir. Əraziyə təcili yardım maşınları, təhlükəsizlik qüvvələri cəlb olunub. Diyarbəkir vilayətinin Sur qəsəbəsində isə PKK terrorçularının xidməti polis maşınına hücumu nəticəsində 4 nəfər həlak olub, 13 insan yaralanıb. Xəbər xidməti
Sorğu
Yeni dizaynımız necədir?