GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Əli Kərimlinin adı siyasi səhnədən silinəcək”

“Əli Kərimlinin adı siyasi səhnədən silinəcək”

Tarix: 16-09-2015, 15:36 Bölmə :Ölkə Baxış: 0
“Əli Kərimlinin adı siyasi səhnədən silinəcək”

Razi Nurullayev AXCP sədrinin onun haqqında dediklərinə sərt cavab verdi; cəbhəçilərin söyüşlərinə görə əks düşərgə kampaniyaya başlayıb

AXCP sədri Əli Kərimlinin “Qaynar Qazan” projesində sabiq müavini, Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin rəhbəri Razi Nurullayev barəsində səsləndirdiyi fikirlər əks düşərgədə ciddi etirazla qarşılanıb.

AXCP sədrinin əsas narazılıq yaradan fikirləri bunlardır: “Razi məsələsi gündəmə necə çıxıb? Mən bu adam haqqında birinci dəfədir ki, danışıram. Özü bu barədə necə açıqlama verib? Nə baş verib? Onu partiyadan necə uzaqlaşdırmışıq? Çağırmışam, sübutlarımı təqdim etmişəm, qərarımı da vermişəm”.

Ə.Kərimli R.Nurullayevi bir müddət əvvəl Müsavatdan çıxarılan Qubad İbadoğlu ilə müqayisə edənlərə öz etirazını bildirib.

AXCP adına və möhürünə iddiasını irəli sürən R.Nurullayevdən qurultayla bağlı son durum və Ə.Kərimlinin onun barəsində dediyi fikirlərə cavab aldıq.

Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin sədri yaxın günlərdə qurultay gününü elan edəcəklərini söylədi: “Hazırda hazırlıqlarımız sürətlə gedir. 12 şöbədə konfranslarımız yekunlaşıb. Bu həftə isə 7-8 rayonda konfrans keçirəcəyik. Demək olar ki, bu ay ərzində konfranslarımızın böyük əksəriyyətini yekunlaşdırmaq niyyətindəyik. Hüququ cəhətdən imkanımız olacaq ki, qurultayımızı təyin edə bilək. Yəqin ki, sentyabrın sonu-oktyabrın əvvəli qurultayımızın zamanı məlum olacaq. Konfranslarımız zamanı maneələrə rast gəlirik. Ağstafada konfrans keçirməyə imkan vermədilər. Məcburiyyət qarşısında qalıb, başqa rayonda keçirdik. Mətbuata bu barədə xəbər verdik. Ağcabədidə bu hal yaşandı. Konfransımızı dağıtdılar. Bir neçə rayonda da bu problemlər yaradıldı. Kiminsə evində, həyətində tədbirimizi keçirməyə məcbur oluruq”.

R.Nurullayev 50-dən çox rayonda yaradılan şöbələrlə qurultaya gedəcəklərini açıqladı: “Yəqin ki, bu rəqəm 50-yə yaxın olacaq. Bəlkə də daha çox oldu. Bundan sonra qurultay baş tutmuş sayılacaq. Azərbaycanın bütün rayonları ilə təmaslar qurulub. Hazırlıqlar gedir. Sadəcə, seçki cəhətdən vaxtımız məhduddur. Bir də maneələr yaradılır. Bu da öz təsirini göstərir. Problemlər olmasa, artıq 30-dan çox rayonda konfransımız keçirilmiş olardı. Şəraitsizlik bizi sıxır. Rayonlarda çox ciddi, qəddarcasına davranışların şahidi oluruq”.

R.Nurullayev hər gün AXCP-dən qopmaların olduğunu və güclərinin artdığını da qeyd etdi: “Daha üç gənc istefa verdi. Mediaya bu barədə məlumat verəcəyik. Yaxın günlərdə də onlarla gənc biz tərəfə keçəcək. Ciddi işlərimiz gedir. İndidən açıqlamaq istəmirəm. Yəqin ki, yaxın günlərdə hər kəs şahidi olacaq. Məqsədimiz aydındır. AXCP adını qaytarmaq, partiyanı Əli Kərimli və onun dəstəsindən azad etməkdir. Bu, əsas hədəfimizdir. Bunu əldə etmək üçün var gücümüzlə çalışacağıq. Əminəm ki, biz bunu bacaracağıq. Əli Kərimlinin 27 sentyabrda keçirəcəyi qurultayı hüquqi cəhətdən baş tutmuş hesab etməyəcəyik. Çünki indiyə qədər keçirdikləri konfransların əksəriyyəti qanunsuz şəkildə olub, protokollar da qeyri-qanuni yollarla hazırlanıb. Bütün saxtakarlıqları onlar ediblər. Elə olub ki, çayxanada oturub, ətrafdakıları çağırıb, şəkil çəkdirərək öyünürlər. Bu baxımdan narahat deyilik. AXCP Əli Kərimlidən azad olunacaq. Əli Kərimli adlı siyasətçi Azərbaycan səhnəsindən silinəcək. O adam söyüş zavodunun direktorudur. Onlar söyüşdən, təhqirdən, insanların arvad-uşağına söyüş söyən insanlardır. Başladığımız bir kampaniya var. Onların söyüşləri ilə bağlı. İctimaiyyətdən dəstək də almışıq. Eyni zamanda onların söyüş və təhqirlərinə dəstək verən tanınmış siyasətçilər var. Onların da maskalarını cıracağıq. Aləmdə rüsvay olunacaqlar. Biləcəklər ki, insanların arvad-uşağına, anasına, bacısına söyməyin bədəli nə olur. Cəmiyyət də biləcək ki, belə tərbiyəsiz sözlər işlədən siyasətçilər var. Onların hamısı Əli Kərimlinin ətrafındadır”.

R.Nurullayev Ə.Kərimlinin “Qaynar Qazan”da onun barəsindəki fikirlərinə sərt cavab verdi: “Onunla aramızda olan söhbəti mətbuata açıqlamışam. Söhbətimiz zamanı sadəcə quru-quru ittihamlar səsləndirdi. Heç bir fakt ortaya qoymayıb. Heç bir məsələni sübut edə bilməyib. Əslində mən onu çətin suallar qarşısında qoymuşam. Sadəcə, çiyinlərini çəkib. Əgər əlində sübutlar varsa, mənə təqdim etsin. Əgər sübutlar varsa, gizlətməkdə məqsədiniz nədir? Çox gülünc, mənasız-mənasız danışıqlardır. Bunlar Əli Kərimli və dəstəsinə xas olan xüsusiyyətdir”.

Cavanşir ABBASLI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ədliyyə Nazirliyi Razi Nurullayevin AXCP-sini də tanımadı

    Ədliyyə Nazirliyi Razi Nurullayevin AXCP-sini də ...

    2-12-2015, 15:27

  • 
  • Yeni AXCP yaranır: Razi Nurullayev "Azadlıq" qəzetinə "Əlini burax,yanımıza gəl" dedi

    Yeni AXCP yaranır: Razi Nurullayev ...

    20-08-2015, 14:45

  • 
  • Suraxanı cəbhəçiləri də Əli Kərimlidən ayrıldı...

    Suraxanı cəbhəçiləri də Əli Kərimlidən ayrıldı... ...

    7-09-2015, 13:53

  • 
  • Razi Nurullayevin "AXCP planında" daha nə var?

    Razi Nurullayevin "AXCP planında" daha ...

    21-08-2015, 23:22

  • 
  • "Yaxın günlərdə AXCP-dən daha böyük axınla istefalar olacaq"

    "Yaxın günlərdə AXCP-dən daha böyük axınla ...

    24-08-2015, 20:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu