Bakı - Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının sürəti artırılacaq. Bu məqsədlə hərəkət cədvəlinə bəzi dəyişikliklər ediləcək.
“Azərbaycan Dəmir Yolları” QSC mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, həmin dəyişiklər sentyabrın 19 və 20-də həyata keçiriləcək.
Onun sözlərinə görə Bakı-Sumqayıt dəmir yolu sahəsində bəzi tamamlama işləri aparırır. Belə ki, sentyabrın 19 və 20-də Bakıdan sərnişin stansiyasından saat 05:30, 07:50, 17:25 və 18:25-də, Sumqayıt sərnişin stansiyasından 07:10: 07:55, 17:10 və 19:30-da yola düşən elektrik qatarların hərəkəti müvəqqəti dayandırılacaq.
Həmin günlər elektrik qatarları Bakı sərnişin stansiyasından saat 05:10, 06:50, 16:00, və 19: 25-də, Sumqayıt sərnişin stansiyasından 06:40, 09:00, 18:30 və 20:30-da yola düşəcəkdir. Təmir işləri başa çatandan sonra qatarlar əvvəlki cədvələ uyğun olaraq hərəkət edəcəkdir. Sərnişinlərin sayından asılı olaraq hərəkət cədvəlinə əlavələr edilə bilər.
Bu qatarlar “Stadler Rail Group” şirkətinə məxsusdur. Dörd vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 919 nəfər, oturacaq yerlərinin sayı isə 396-dır. İkimərtəbəli elektrik qatarlarında biznes-sinfə aid 84 oturacaq da var. Bu qatarlar Keşlə, Biləcəri, Xırdalan, Güzdək stansiyalarından keçməklə Sumqayıta və əks istiqamətə hərəkət edəcək.
Bakı-Sumqayıt qatarının içi
Qatarda gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilib. Bunu aşağdakı qrafikdən aydın görmək olar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?