Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik bu gündən qüvvəyə minir.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, son vaxtlar artan sərnişin sıxlığını və sərnişinlərin təkliflərini nəzərə alaraq Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının intensivliyi artırılıb, reyslər arasındakı intervallar azaldılıb.
Bundan sonra elektrik qatarları gün ərzində 20 reys edəcəklər. Bu reyslərdən 10-u Bakı sərnişin stansiyasından Sumqayıt istiqamətinə, digər 10-u isə əks istiqamətə olacaq.
Beləliklə, oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:30, 16: 00, 17:35, 18:30, 19:00 və 19:50-də, Sumqayıt sərnişin stansiyasından 07:00, 07:30, 07.45, 08: 00, 09:30, 17:10, 18:40, 20:00, 20:50 və 21.20-də yola düşəcək.
Hər şənbə, bazar və bayram günləri, sərnişin sıxlığı az olduğuna görə Baki sərnişin stansiyasından saat 05:00-da və 05:20-də, Sumqayıt sərnişin stansiyasından isə saat 07:00-da və 07:30-da yola düşən elektrik qatarları hərəkətdə olmayacaq.
Sorğu
Yeni dizaynımız necədir?