Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft ixracını dayandıra bilər.
gundemxeber.az APA-ya istinadən bildirir ki, bu barədə BƏƏ-nin baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum öz Tvitter səhifəsində yazıb.
Baş nazir bildirib ki, yaxın vaxtda BƏƏ-dən sonuncu neft barreli ixrac ediləcək.
O əlavə edib ki, rəhbərlik etdiyi hökumət yaxın gələcəkdə ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək üçün müzakirələrə başlayacaq.
Sorğu
Yeni dizaynımız necədir?