GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Ölkənin milli maraqları tələb edir ki, dövlət başçısı siyasi qüvvələrin iştirakı ilə qapalı toplantı keçirsin”

“Ölkənin milli maraqları tələb edir ki, dövlət başçısı siyasi qüvvələrin iştirakı ilə qapalı toplantı keçirsin”

Tarix: 27-09-2015, 15:53 Bölmə :Ölkə Baxış: 0
“Ölkənin milli maraqları tələb edir ki, dövlət başçısı siyasi qüvvələrin iştirakı ilə qapalı toplantı keçirsin”

Bədrəddin Quliyev: “Rusiya ilə yaxınlaşma bizə ziyan gətirər”

Gündəmin əsas suallarına Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev cavab verib.

- Son günlər Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə, Milli Məclisin bu qətnaməyə adekvat cavabını müşahidə etdik. Sanki Azərbaycanla Avropa strukturları arasında bir qarşıdurma yaşanır. Münasibətlərdə ki, mövcud durumu necə şərh edirsiniz?

- Avropa Parlamentinin 10 sentyabrda qəbul etdiyi qətnamə əslində Avropanın son 20 ildə Azərbaycanla apardığı əməkdaşlığa kölgə olub. Faktiki olaraq Azərbaycan parlamenti və hökuməti Avropa Birliyi ilə apardığı danışıqlar zamanı üzərinə müəyyən öhdəliklər götürüb. Bu öhdəliklərin yerinə yetirilməsinin vacibliyinə dair tələblər var. İnsan hüquqları, demokratik təsissatlar və digər məsələlərə dair Azərbaycan üzərinə müəyyən öhdəliklər götürüb. Xatırladım ki, Azərbaycan prezidentinin 2004-cü ildə Londona səfəri oldu. Həmin dövrdə neft kəmərləri, bölgədə təhlükəsizlik və sabitliklə bağlı ən böyük lobbi işini BP aparırdı. Azərbaycan hökumət başçısının Böyük Birtaniyaya 2004-cü ildə etdiyi səfər zamanı İngiltərə ilə razılaşma protokolu imzalanıb. Bu protokola əsasən Azərbaycanda islahatlar aparılmalı, demokratik təsisatlar bərqərar olmalı, Azərbaycan qanunları Avropa qanunları ilə uyğunlşdırılmalı idi. Eləcədə enerji təhlükəsizliyi ilə əlaqədar qərblə müttəfiqlik mövcud idi. İndiyə qədər enerji resursları öndə gəldiyi, habelə bölgədə ciddi maraqlar olduğu və Rusiyanın boru kəmərlərinə alternativ kəmərlər çəkildiyi səbəbindən Azərbaycanda insan hüquqlarının durumu qabardılmırdı.

- Bəs indi nə baş verdi ki, birdən-birə Avropanın yadına insan hüquqları düşdü?

- Böyük siyasətdə zaman bir o qədər də əhəmiyyətli olmur. Konkret olaraq desək Ukraynada baş verən proseslər, dünya bazarında neftin qiymətinin aşağı düşməsi və Rusiyaya qarşı münasibət məsələsi ortaya çıxdıqdan sonra, yeni oyun qaydaları da meydana çıxdı. Bu mərhələdə Azərbaycanın kimin yanında olması, üzərinə götürdüyü öhdəliklərə nə qədər sadiqlik məsələsi aktuallaşdı. Xatırladım ki, hələ Avropa Yay Oyunları başlamazdan əvvəl Almaniya Bundestaqı və Avropa Parlamenti Dağlıq Qarabağla bağlı qətnamə qəbul etdi. Bu sənəddə Azərbaycanın maraqları və beynəlxalq hüquq prinsipləri nəzərə alınmışdı. Əlbət də, onlar bu qətnaməni qəbul etməklə zamana uyğun olaraq və Qarabağ məsələsində Rusiya

amilinin güclü olmasını nəzərə alaraq, gələcəkdə Moskvanın zəiflədiyi zaman münaqişənin həlli edilməsini əsas götürürdülər. Qətnamələrdə Azərbaycanın maraqları nəzərə alınmışdı. Lakin o zaman biz bunun fərqinə varmadıq. Və indi də insan haqlarına dair məsələlər ortaya çıxmağa başladı. Daha dəqiq desək burada insan haqları, sərbəst toplaşmaq, gələcəkdə hüququ sistemin qurulmasına dair biz öhdəliklər götürmüşük. Bu öhdəliklərin həyata keçirilməsi üçün islahatların aparılması tələb olunurdu. Bu, neçə müddətdir deyilir. Ancaq bunun əksi baş verdi. Biz gedib ABŞ Konqresinin maliyyələşdirdiyi Azadlıq Radiosunun qapısını bağladıq. İkincisi, Azərbaycanın strateji və milli maraqlarına zidd adamlardan biri Əkrəm Hümbətov idi. Bu şəxs qondarma respublika elan etmişdi. Ancaq biz bir müddətdən sonra Hümbətovu azadlığa buraxdıq və paralel olaraq Azərbaycan vətəndaşlığından uzaqlaşdırdıq. Hesab edirəm ki, bu variantı Leyla və Arif Yunusa, Xədicə İsmayıla qarşı da tətbiq etməklə qərbin təzyiqlərini azalda bilərdik. Amma biz buna getmədik. Üstəlik bizim Rusiya ilə yaxınlaşmağımız var. Bundan başqa, illərdir ki, dünyada erməni lobbisi təbliğat aparır ki, Azərbaycan müharibəyə hazırlaşır. Həmçinin Ermənistanda demokratikləşmə prosesi ilə bağlı Avropada və hətta Türkiyədə erməni QHT-ləri ciddi kampaniya aparırlar, ortaya anti-Rusiyaya mövqeyi qoyurlar. Elan edirlər ki, Ermənistan demokratiyaya tam hazırdıq, Rusiya bizə imkan vermir, bizdə Gürcüstan kimi azad olmaq və qərbin bir parçası olmaq istəyirik. Erməni siyasətçilərdə getdikcə Rusiya bazalarının çıxarılmasını gündəmə gətirirlər. Əlbətdə, İran-Amerika münasibətləri də burada müstəsna rol oynayır. Sizdə bilirsiniz ki, 5+1 formatında İranla ciddi danışıqlar aparıldı, anlaşma əldə olundu. Ermənilər də görür ki, fars rejimi qərblə danışıqlar apardı, Moskva ilə müttəfiqlikdən tədricən imtina edir, öz maraqları səbəbindən qərblə əməkdaşlığa gedir. Bölgədə Ermənistana ciddi dəstək verən ölkə də İrandır. Yəni bölgədə Rusiya maraqları zəifləyir. İran əgər Amerika ilə münasibətlərini gücləndirirsə, İran üzərindən Ermənistana pəncərə varsa, ermənilərin özləri də, qərbin İran və Türkiyədə güclü olmasını nəzərə alaraq ölkədə dəyişiklik etmək istəyirlər.

- Sizə elə gəlmirmi ki, İran-Rusiya münasibətləri həm də enerji daşıyıcıları məsələsində rəqib olmaqla bilavasitə bağlıdır?

- Fikirlərimi inkişaf etdirərək qeyd edim ki, əgər dünya bazarında neftin qiymətinin düşməsinə təkan verən İŞİD faktorudusa, ikinci amil İrandır. Bir zaman deyirdik ki, dünyada enerji resursları uğrunda mübarizə gedir, bu səbəbdən də İran çökdürülür, ona embarqolar tətbiq edilir və s. İndi vəziyyət dəyişib, İran neftini dünya bazarına çıxarmağa can atır. Üstəlik də dünyada alternativ enerji mənbələri ortaya çıxır. İranla aparılan danışıqların mahiyyətində həm də o durur ki, Tehran enerji daşıyıcıları məsələsində qərblə eyni mövqedə olmalıdır. İndiyə qədər İrana

ciddi sanksiyalar tətbiq edilirdi, bu ölkədə çıxan nefti İranın qonşuları sata bilirdi, Tehran isə satılan neftin yarısının pulunu nəğdi ala bilirdi. İndi isə neftin qiymətinin ucuz olmasına baxmayaraq Tehran neft satmaqla heç nə uduzmur. Əksinə, dünya bazarına çıxır, iqtisadiyyatını inkişaf etdirir, ölkəyə investisiya cəlb edir. Belə bir məqamda ermənilərdə istəyir ki, İranla eyni mövqedə olsun. Başqa sözlə, artıq qərb bizim cənub sərhədlərimizə gəlib çıxır. Belə bir məqamda İran qaz və neft hasilatını 2016-2017-ci illər üçün gündə 1 milyard kubmetrə qədər artıracaqsa, heç kəs dünya bazarında onun qarşısında dayana, rəqabətə girişə bilməyəcək. Deməli qazın da qiymətində enmə müşahidə ediləcək. Fikrimcə, belə bir məqamda Rusiya narahatdır və gələcəkdə Azərbaycan faktorundan istifadə etməklə Moskva ilk dəfə olaraq Cənubi və Şimali Azərbaycanın birləşməsi məsələsində maraqlı tərəf kimi çıxış edəcək. Həm də Rusiya Şimali Azərbaycanda mövqelərini gücləndirmək istəyir. Ola bilsin ki, Qarabağla bağlı müharibə faktoru ortaya çıxa bilər. Təbii ki, Rusiya bu məsələdə bitərəf qalacaqsa, Azərbaycan ordusu bir həftəyə Qarabağ münaqişəsini həll edəcək. Bundan sonra isə Rusiya sülhməramlı qüvvələrinin ölkəyə gəlişi və cənub sərhədlərimizi nəzarətə almasında maraqlı olacaq. Yəni baş verən proseslərin və təzyiqlərin mahiyyətində bu durur. Bizdə bu proseslərə hazır olmalı və düşünməliyik ki, nə etməliyik.

- Sizcə, biz neyləməliyik?

- Mən rəhmətlik Heydər Əliyevin səfir Kazmirovla bir söhbətini xatırladım. Həmin dövrdə bu söhbəti qəzetdən oxumuşdum. Heydər Əliyev Kazmirova deyir ki, Dağlıq Qarabağ münaqişəsi üzərindən bizə qarşı elə şərtlər, elə təzyiqlər qoyursunuz ki, biz buna razılaşmayacağıq, dözəcəyik. Lakin məqam gələcək ki, bütün müsəlman və türk dünyası bu məsələdə bizim yanımızda olacaq. Məncə, biz indi o məqamı gözləməli, məsələsini öz xeyrimizə həll etməliyik. Əks halda indi bütün dünya Rusiyanın üzərinə getdiyi məqamda bizim də Kremlin yanında oduğumuz kimi görünməyimizin bizə ancaq ziyanı gələcək. Biz Rusiyanın yanında yer alsaq təsəvvür edin ki, iqtisadiyyatımızın 65 faizi Avropa qitəsi ilədir. Yəni bu bazarı itirə bilərik, neft-qaz kəmərləri bizim müstəqilliyimizin qarantıdır. Bu məqamları da nəzərə almaq lazımdır. Bu kontraktlar olmasaydı ölkəmizin ayaq üstə durması, iqtisadiyyatımızın inkişafı, Avropanın enerji təhlükəsizliyində rolumuz olmazdı. İndi Azərbaycan qazının dünyaya çıxarılması məsələsi gündəmdədir. Biz Avropadan imtina etməklə bütün by layihələri dayandırmış olaraq. Bu isə milli və strateji baxımdan Azərbaycan maraqlarına uyğun gəlməzdi.

- Belə bir həssas məqamda ilk dəfə olaraq Avropa Parlamenti Azərbaycana sanksiyalar tətbiq edə biləcəyini dilə gətirir. Buna səbəb nədir, sizə elə

gəlmirmi ki, bu cür davranış Azərbaycanı Rusiyaya bir qədər də yaxınlaşdıra bilər?

- 1992-ci ildə Azərbaycan Ermənistanla müharibə aparırdı, cəbhədə irəliləyişlər müşahidə olunurdu, uğurlar var idi. Ancaq qərblə neft müqaviləsi bağlanmamışdı. Sonradan mən rəhmətlik Əbülfəz Elçibəylə bu mövzunu Kələkidə danışdıq. Əslində bu yaxınlarda eks-prezident Ayaz Mütəllibvda bu məsələyə toxunmuşdu. Qeyd etmişdi ki, o dövürdə Amoka şirkəti təklif edirdi ki, müqavilə onlarla bağlansın. Mütəllibovun dövründə neft müqavilələrinə dair ilkin danışıqlar olmuşdu. Elçibəy hakimiyyətdə olanda əsrin müqaviləsinə görə, BP, Amoka, Türkiyə və digər maraqlı tərəflər bu prosesdə iştirak etmək, pay almaq istəyirdi. O vaxt Amoka deyirdi ki, operatorluğu mənə verin, müqaviləni mənimlə bağlayın və mən kimlər lazımdırsa özüm seçim, beynəlxalq əməliyyat şirkətinə gətirim. Elçibəy deyirdi ki, ABŞ-ın səfiri iki dəfə onun qəbulunda olub və deyib ki, gəlin müqaviləni bağlayaq. Əgər bağlamasaq, sizin üçün çətin olacaq, sizə qarant ola bilməyəcəyik. Bir müddətdən sonra isə xanım Tetçer Bakıya səfər etdi, BP-nin lobbiçiliyi oldu, niyyət müqaviləsini bağlamaq məsələsi ortaya çıxdı, Əbülfəz Elçibəy Türkiyəyə getdi, ilkin niyyət protokolu imzalandı. Bunun da üstündən bir az keçməmiş Kəlbəcər işğal edildi. Hətta ABŞ Konqresi tərəfindən Azadlığın Müdafiəsi Aktı qəbul edildi. Bu sənəd Azərbaycana sanksiyaları nəzərdə tuturdu. Biz müstəqil olandan bu yana ABŞ-la ciddi əməkdaşlıq edirik. Amma Azadlığın Müdafiəsi Aktını birdəfəlik ləğv edə bilməmişik. Yəni Azərbaycan ən güclü vaxtında bu sanksiyaları yalnız dayandıra bilib, birdəfəlik aradan qaldıra bilməyib. Bu mənada Avropa məkanı ilə qurduğumuz münasibətləri, ciddi iqtisadi əlaqələri yıxmamalıyıq. Bu sanksiyarı Avropada tətbiq etməsi fonunda bizim dostumuz və müttəfiqimiz olmayacaq. Bu da, gələcəkdə zəif olmağımız anlamına gələcək. Bu milli və dövləti marağımıza xidmət etməzdi. Həm də nəzərə almaq lazımdır ki, son yüz illiklərdə bizim əsas faciəmiz Rusiyanın bölgəyə gəlişi ilə bağlı olub. Mən tarixçilərə məsləhət görərdim ki, bizim qan yaddaımızı təzələsinlər. İnsanlarımız nə qədər müstəqillik uğrunda mübarizə aparıblar, deportasiyaya məruz qalıblar, Qazaxıstan səhralarına sürgün edilib, nə qədəri burada qətlə yetirilib. Bir zamanlar az qala Bakıda öz ana dilimizdə danışa bilmirdik. Biz müstəqillik dövründən sonra Bakını milli şəhərə çevirmişik. Bu gün Azərbaycanın ayağa durması, enerji daşıyıcılarını dünyaya çıxarması, böyük regional layihələri reallaşdırması elə-belə məsələlər deyil. Bizim ən böyük alıcımız Avropa və İsraildir. Odur ki, gələcəkdə TAP, TANAP layihələrindən istifadə etmək əvəzinə, bəzi siyasətçilərimiz Avropadan imtina etmək ideyasını irəli sürürlər. Biz kiməsə acıq etməməli, daxilimizdə dil tapmalıyıq. Məsələn, demokratiyanın bir çox mərhələsi var-müşahidəçi demokratiya, məvərətçi demokratiya, idarə olunan demokratiya və

həqiqi demokratiya. Biz idarə olunan demokratiyanı tətbiq etməliyik. Bu da normal seçkilərdən, normal fikir yürütməkdən keçir. Əlbətdə, bu zaman ölkənin maraqları ana xətt olmalıdır. Bəlkədə ölkənin milli maraqları tələb edir ki, dövlət başçısı qapalı bir toplantı keçirsin, bütün siyasi qüvvələr bu prosesdə iştirakçı olsun və ölkənin milli təhlükəsizliyinə dair atacağı addımlarla bağlı fikirlərini ifadə etsin. Ölkə daxilndə bütün siyasi qüvvələrdə bir nöqtəyə vursun. Yəni Avropa ilə bağlı, çıxış yollarına dair prezidentin iştirakı ilə toplantı keçirilsin. Bizim gələcəkdə milli təhlükəsizlik, strateji hədəflərimizlə bağlı hər bir kəs nə edə bilərsə-üzərinə öhdəlik götürsün. Qarşıdurma deyil, yaranan vəziyyətdən çıxı yolu tapılsın. Kimin əlindən nə gəlirsə, onu etsin. Mən hesab edirəm ki, bu məsələdə hər bir kəs ölkənin və dövlətin milli maraqlarını nəzərə alaraq öz mövqeyini ortaya qoymalıdır.

Hüseyn ABBASOĞLU

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Avropa Parlamentində Azərbaycana görə qapalı toplantı

    Avropa Parlamentində Azərbaycana görə qapalı ...

    7-11-2013, 12:29

  • 
  • Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib

    Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə ...

    5-07-2018, 13:40

  • 
  • "Oktay müəllim, İlqar Məmmədovu tutdurmağa qoymadınız"

    "Oktay müəllim, İlqar Məmmədovu tutdurmağa ...

    21-06-2013, 13:45

  • 
  • AŞPA-da Azərbaycanla bağlı qətnamə qəbul olundu

    AŞPA-da Azərbaycanla bağlı qətnamə qəbul olundu ...

    11-10-2017, 14:46

  • 
  • Avropa Parlamenti Azərbaycandakı seçkini tanımadı

    Avropa Parlamenti Azərbaycandakı seçkini tanımadı ...

    23-10-2013, 22:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu