Hazırda Milli Məclisdə Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə müzakirə edilir.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Avropa Parlamentinin qətnaməsini ciddi saymadığını bildirib: “Məsləhət görürlər ki, aksiyalarda polis zorakılığına son qoyun. Həbs edilən siyasətçilər, gənclər və bloqçular dərhal azad olunsun. Sən kimsən ki, belə ultimatum verirsən?! İlqar Məmmədovun adını çox hallandırmaq istəmirəm, bir neçə dəfə deputatları təhqir etdi. Oqtay müəllim, biz imza yığmışdıq, siz İlqar Məmmədovu tutdurmağa qoymadınız ”./mediaforum/
***
"Qafqazinfo" xəbər verir ki, millət vəkili Əli Əhmədov çıxışında tutulanları buraxmaq fikri ilə razı olmadığını bildirib: "Yəqin, hansısa cinayətə yol veriblər ki, onlar həbs edilib. Avropa Parlamentinin qətnaməsində qeyd edilən İlqar Məmmədovun da hərəkətində cinayət tərkibi var ki, saxlanılıb və istintaq gedir. Konkret qətnaməyə gəldikdə deyim ki, bu qətnamə hüquqi baxımdan qüsurludur. Azərbaycan Avropa Parlamentində təmsil olunmadığı üçün bu qurumun qətnaməsi doğru deyil. İkincisi, bu sənədin Avropa Parlamentinin qətnaməsi kimi təqdim etmək doğru deyil, çünki onu 32 nəfər dəstəkləyib. Siyasi baxımdan da bu qətnamə qərəzlidir, Azərbaycanın reallıqlarəını təhrif etməyə yönəlib. Diplomatik ton baxımından da bu sənədi yanlış hesab edirəm. Müstəqil bir dövlətə qarşı belə sənədin qəbul edilməsi qəbuledilməzdir”.
***
Qeyd edək ki, Avropa Parlamentinin Azərbaycanla bağlı 13 iyun qətnaməsində aşağıdakı məsələlər yer alıb:
1) Həbs olunan bütün jurnalistlər, siyasətçilər, bloqçular və gənclər dərhal azad olunsun;
2) İsmayıllıda baş verən hadisələrdə haqsız şəkildə təqsirli bilinən İlqar Məmmədov və Tofiq Yaqublu barədə cinayət işinə dərhal xitam verilsin və onlar dərhal azad edilsin;
3) Azərbaycan hakimiyyəti diffamasiya qanununa Avropa standartları fonunda baxsın;
4) Kütləvi aksiyalar üçün şəhərin mərkəzi də daxil olmaqla adekvat yerlər ayrılsın;
5) Aksiyalarda polisin güc tətbiqinə son qoyulsun;
6) Avropa Komissiyası prezident seçkisinin demokratik və şəffaf keçirilməsini Əliyevdən şəxsən tələb etsin və seçkinin monitorinqini imkan daxilində Avropa Birliyi öz üzərinə götürsün;
7) Söz azadlığının təmin olunması üçün konkret addımlar atılsın;
8 )Sərbəst toplaşmaq azadlığına 2006-cı ildən qoyulan faktiki qadağa ləğv olunsun;
9) Azərbaycan hökuməti Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri qeyd-şərtsiz yerinə yetirsin.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?