GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İqtisad Universiteti rektorundan müdhiş təxribat

İqtisad Universiteti rektorundan müdhiş təxribat

Tarix: 27-09-2015, 16:04 Bölmə :Ölkə Baxış: 0
İqtisad Universiteti rektorundan müdhiş təxribat

Ədalət Muradov seçici olan tələbələri hakim partiyadan narazı salır; ali məktəbdə isə rüşvət şəbəkəsi korrupsiya çanağı yaradıb; tələbə transferlərinin şok qiymətləri açıqlanıb

Azərbaycan Dövlət İqtisad Universiteti rektoru seçki ərəfəsində təxribat hazırlayır. ADİU rektoru Ədalət Muradov seçici olan tələbələri Yeni Azərbaycan Partiyasından narazı salır.

Rektor hakim partiyanın təhsil siyasətinə qarşı fəaliyyətdədir. O, tələbələri seçkidə YAP-ın namizədlərinə qarşı qoymaqla diqqət çəkir. Ə.Muradov ali məktəbdə sistemləşdirdiyi rüşvət şəbəkəsi ilə tələbələri etiraza qaldırır.

Seçki ərəfəsində tələbələrin ayağa qalxması isə neqativ hadisə kimi qeydə alınacaq.

Qərb institutları və beynəlxalq təşkilatlar tərəfindən qərəzli tənqidlərlə üzləşən hökumətə daxildə korrupsiyalaşmış məmurlar da süni problemlər yaratmağa başlayıb.

Onlardan biri də Ə.Muradovdur ki, həm Təhsil Nazirliyi, həm ölkə rəhbərliyi üçün seçki təxribatı hazırladığı iddia olunur.

Belə ki, yeni tədris ili başlar-başlamaz rektor və ətrafı yeni qaydalar, semestr imtahanlarının smeta dəyərini müəyyənləşdirməyə başlayıb.

Əsasən də 1-ci kurs tələbələrinə qiymət “oxunması”na start verilib. Ə.Muradov rektor təyin olunduğu vaxtdan etibarən ona rüşvət ittihamları irəli sürülür.

Universitetin adını ləkələyən və reputasiyasını zədələyən hazırkı rektor dövlətin təhsil siyasətinə ziddi fəaliyyətdədir.

“Gündəm-xəbər”ə verilən özəl məlumata görə, Ədalət Muradovun rəhbərliyə gəldiyi ilk günlərdən artıq ADİU-da yeni qaydaların bərqərar olunduğu, həm də bu qaydaların müxtəlif səpgili korrupsiya hallarının daha da dərinləşməsinə yol açdığı bildirilir.

Belə ki, məlumatlara görə yeni rektor təyinatı ilk növbədə ADİU-ya çoxsaylı tələbə transferləri ilə əlamətdar oldu.

Hətta belə bir təəsürat yaranmışdı ki, sanki bu transferlər öz icrası üçün sadəcə Ədalət Muradovun rəhbərliyə gəlməsini gözləyirmişlər. Bundan dərhal sonra da tələbə transferlərinin yeni qiymətləri “açıqlandı”.

Mənbələr bildirirlər ki, hazırda ADİU-ya xarici universitetlərdən bir tələbənin köçürülməsi 30 min manata, Azərbaycanın digər ali məktəblərindən isə 20 min manata başa gəlir.

Mənbələr xüsusi olaraq qeyd edirlər ki, universitetdə gedən təmirə isə heç bir ehtiyac yox idi. Elə görülən işlər də daha çox tör-töküntü yaradıb, sonradan ətrafın yenidən səliqəyə salınması təəssüratı yaratmış oldu.

Nəticədə isə bu məqsədlər üçün ayrılmış külli-miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi həyata keçirildi. Daha sonra mənbələr ADİU-da tətbiq olunan yeni qaydalar barədə müəyyən açıqlamalar verirlər.

Bu xüsusda məlumatlarda bildirilir ki, Ədalət Muradov rektor təyin olunandan sonra “maddi yardım” adı altında universitetin rəhbər vəzifəli işçilərinə “paket” sistemi ilə aylıq ödənişlər həyata keçirməyə başlayıb.

ADİU-da fakültə dekanlarının ayda 2000 manat məbləğində “əmək haqqı” aldıqları qeyd olunur. Bunun müqabilində isə universitetin rəhbər işçilərinə qarşı tələbələrdən pul yığımı prosesinə qətiyyən qarışmamaq tələbi irəli sürülüb.

Belə ki, hazırda bu proses rektor tərəfindən təyin olunmuş xüsusi adamların nəzarətinə verilib. Buna görə də imtahanlara görə və digər prosedurlar üçün təyin olunmuş “qiymətlər” artıq konkret rəqəmlərdə ifadə olunurlar.

Bildirilir ki, bu gün ADİU-da dövlət imtahanları üçün 5000 manat, kəsir imtahanına görə 500 manat, tələbə köçürmələri zamanı verilən fərq imtahanına görə 800 manat məbləğində “ödənişlər” müəyyən edilib.

Digər tərəfdən isə ADİU-ya işə qəbul məsələləri də artıq ciddi korrupsiya əməlləri ilə müşayiət olunmaqdadır. Məzunlarından biri tərəfindən ADİU-ya işə qəbul olunmaq üçün müəllimlərdən birinə 4000 manat məbləğində rüşvət verildiyi iddiası irəli sürülmüşdü.

Rüşvətin alınması faktı 2014-cü ilin aprel ayında, yəni Ədalət Muradovun rektor təyin olunmasından az sonra baş verib.

Öz növbəsində pulu alan müəllim də şikayətçi ilə telefon danışıqları zamanı ona bildirib ki, bütün məbləği birbaşa rektora təhvil verib.yenə çalxalanır.

Yeni rektor təyinatı təhsil ocağının rüşvət mənbəyini silkələyib. İndi ali məktəbdə iqtisadi korrupsiya dalğası canlanıb. Bu da rektor Ədalət Muradovun sayəsində baş tutub.

“Gündəm-xəbər”in əldə etdiyi məlumata görə, rəhbərlik özünü müasir və rüşvətə qarşı mübarizə aparan qüvvə kimi təqdim edə bilməyib. Əksinə, bu ali məktəbi daha betər günə salıb.

Ədalət Muradovun İqtisad Universitetinə təyin olunmasından ötən bir il ərzində adıçəkilən təhsil ocağı kifayət qədər geriləyib. İstər maddi-texniki baza, istər təhslin keyfiyyəti, tələbələrin dərsə davamiyyəti, istərsə də rüşvətxorluq iddiaları ilə bağlı müraciətlər ötən müddət ərzində nəzərəçarpacaq dərəcədə artıb.

Mənbə bildirir ki, Ədalət Muradovun gəlişindən sonra gözləntilər daha çox idi. Təhsil kluarlarında və ictimaiyyətdə belə bir ümid vardı ki, Ədalət işini layiqincə davam etdirəcək.

Amma son bir il ərzində ADİU-da rüşvətxorluq az qala rəsmiləşib. Tələbələr semestrdən semestrə artan rüşvət məzənnəsindən boğaza yığılıblar və universitetdə baş verənlərlə bağlı ölkə rəhbərliyinə müraciət etməyi planlaşdırıblar.

Amma o da həqiqətdir ki, ADİU-də rüşvət yığılmasına hazırda prorektor Damət Bağırov və Tədris metodiki mərkəzinin direktoru Eldar Azadov rəhbərlik edir.

Onlar ADİU-nin Dərbənd filialından universitetə köçürülmə və sonrakı mərhələdə tələbələrdən hər fənn üzrə fərq imtahanı üçün 800 manat alır. Damət Bağırov və Eldar Azadov bu işdən kifayət qədər mənfəət götürür.

Dərbənd filialından ADİU-nə köçürülmə 30-35 min manata başa gəlirsə, sonradan tələbə 15-20 fərq imtahanının hər birinə 800 manat verməli olur. İl ərzində isə 60-70 tələbə Dərbənd filialından ADİU-ya köçürülür.

Bəzən olur ki, hər hansı bir idarə, müəssisə və ya təşkilatın fəaliyyətində yer almış nöqsanlardan mətbuatda ardıcıl yazılar dərc olunsa da, həmin qurumun rəhbərliyi tənqidi materiallara heç bir reaksiya vermir. Əslində bu özü də seçilmiş bir taktikadır. Guya ki, həmin məmur “böhtan və iftira” xarakterli açıqlamalara əhəmiyyət belə verməyərək, öz “fədakar” fəaliyyətinə davam edir.

Bəzən bu taktika həqiqətən də işə yarayır. Məsələn, gündəmə daha aktual bir mövzu gəlir və dünənki tənqid obyekti artıq bir qədər diqqətdən kənarda qalır. Bəzən isə hətta uzun müddətə unudulur belə.

Lakin təcrübə göstərir ki, bu və ya digər neqativ halların əks olunduğu məlumatlar dürüstdürsə, o zaman həmin hallara yol vermiş məmur gec-tez özünü ifşa edəcək. Bəlkə bu, tənqidi materialı dərc etmiş mətbu orqanınına qarşı təhdid və hədələrdə özünü büruzə verəcək, bəlkə həmin müəssisədə “casus ovu”na başlanacaq, bəlkə də hər hansı digər “profilaktik tədbir” görüləcək.

Azərbaycan Dövlət İqtisad Universitetində bu addım, rektor Ədalət Muradovun bu yaxınlarda məhdud sayda əməkdaşların iştirakı ilə keçirdiyi müşavirədə atıldı.

Maraqlıdır ki, bu xüsusda məlumatı təqdim edən mənbə, sözügedən müşavirənin keçirilməsinə və orada qarşıya qoyulan “əsas vəzifə”nin müəyyənləşdirilməsinə mətbuatda yazılanlar səbəb olub.

ADİU-da baş verən müxtəlif korrupsiya hallarından bəhs edən materiallar dərc olunmaqdadır. Lakin məhz universitetin “Ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedrasının 0,5 ştat vahidi dosenti və Tədris-Metodiki Mərkəzinin “Texniki və texnoloji ixtisaslar”üzrə direktor müavini Nizami Musayevin baş verənlərdə roluna dair açıqlamalar təqdim olunmuşdu.

Vurğulanmışdı ki, Nizami Musayev artıq uzun illərdən bəri bu vəzifələri tutmaqla bərabər, həm də ADİU-da həyata keçirilən rüşvət yığımlarına nəzarəti öz əlində saxlayır. Eyni zamanda da universitetin rəhbərliyində 2000-ci ildən bəri baş vermiş artıq üçüncü dəyişiklik belə, Nizami Musayevin “statusuna” heç bir təsir göstərməmişdir.

Belə ki, mənbə Nizami müəllimin hal-hazırda Ədalət Muradov üçün həyata keçirdiyi əsas funksiyaları, yəni ilk növbədə tələbələrdən pul yığımı proseduruna nəzarəti səciyyələndirir.

Mənbənin bildirdiyinə görə, Ədalət Muradovun keçirdiyi “qapalı” müşavirədə də səslənən əsas sual bu təfərrüatların mətbuata necə yol tapması ilə bağlı olmuşdu.

Bununla da ADİU-nun rəhbərliyi, universitetlərində həyata keçirilən rüşvət yığımları və digər korrupsiya halları barədə əvvəlki materiallarda təqdim olunan açıqlamaların artıq hamının bildiyi fakt olduğunu və buna görə “əndişələnmədiklərini” dolayısı ilə təsdiq etmiş oldu.

Məhz buna görə də, bundan sonra risk etmək istəməyən Ədalət Muradov keçirdiyi müşavirədə məlumatları mətbuata ötürən mənbənin müəyyən olunması üçün təcili tədbirlərin görülməsi tələbini irəli sürüb.

Maraqlıdır ki, yaranmış durumda müşahidə olunan gərginlik paralel olaraq iki müxtəlıif amil əsasında formalaşmaqdadır. Tələbələrin getdikcə artan narazılıqları və onların Şəmsəddin Hacıyevə qarşı aşkar nümayiş etdirdikləri simpatiyaları isə universitetin hazırkı rəhbərliyini əks tədbirlərə əl atmağa məcbur edib.

Açıqlamalara görə bu tədbirlər ilk növbədə öz təzahürünü yeni rektorun Şəmsəddin Hacıyevə qarşı yarı aşkar-yarı gizli apardığı antitəbliğat kampaniyasında tapmaqdadır.

Bu məqsədlə Ədalət Muradov bəzi mətbu orqanlarında Şəmsəddin Hacıyevə qarşı sifarişli yazıların dərcini də “stimullaşdırıb”.

Mətləb Balakişiyev

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İQTİSAD UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ OD PÜSKÜRDÜ: “ƏDALƏT MURADOV NƏ DEMƏK İSTƏYİR???”

    İQTİSAD UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ OD PÜSKÜRDÜ: ...

    17-09-2018, 12:18

  • 
  • İqtisad Universitetinin tələbələri boykota gedir: - Təhsil Nazirliyi isə müdaxilə etmir

    İqtisad Universitetinin tələbələri boykota gedir: ...

    26-04-2021, 12:28

  • 
  • Nazirlik rektoru yoxlayır

    Nazirlik rektoru yoxlayır ...

    16-04-2015, 12:32

  • 
  • Haman “Narxoz “, haman Ədalət Muradov-ADİU-da imtahan qiymətləri neçəyədir ?-VİDEO

    Haman “Narxoz “, haman Ədalət Muradov-ADİU-da ...

    18-02-2021, 18:31

  • 
  • GDU-nun yeni tələbələri də narazıdır... - Rektor ilk başdan vəd versə də...

    GDU-nun yeni tələbələri də narazıdır... - Rektor ...

    16-12-2020, 13:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu