GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Binəqədinin icra başçısı ilə bağlı ilginc məlumatlar yayıldı

Binəqədinin icra başçısı ilə bağlı ilginc məlumatlar yayıldı

Tarix: 27-09-2015, 16:07 Bölmə :Ölkə Baxış: 0
Binəqədinin icra başçısı ilə bağlı ilginc məlumatlar yayıldı

Xaləddin İsgəndərov da “vurulacaq” icra başçılarının siyahısındadır

Bir müddət əvvəl mətbuatda etimadı doğrultmayan icra hakimiyyəti başçılarının dəyişdirilməsinə start veriləcəyi barədə xəbərlər yayılmışdı. Həmin xəbərlərdə bildirilirdi ki, birinci mərhələdə kadr dəyişiklikləri sentyabrın əvvəllərində aparılacaq. Kadr islahatının ikini dalğasının isə seçkidən dərhal sonra olacağı bildirilirdi.

Onu da qeyd edək ki, bir müddət əvvəl rayon icra hakimiyyəti başçılarının qanunsuz əməllərindən Prezident Administrasiyasına edilən şikayətlərin monitorinqi aparılıb. Hazırda monitorinqin nəticələri ümumiləşdirilir və yaxınlarda siyasi rəhbərliyə təqdim ediləcək.

Məlumatda bildirilir ki, belə monitorinqlər vaxtaşırı aparılır və siyasi rəhbərliyə məruzə edilir: “Siyasi rəhbərlik də məruzə əsasına icra başçılarını cəzalandırır, işdən çıxarır. Ancaq bu il seçki ili olduğundan monitorinq daha ətraflı aparılıb etimadı doğrultamayan icra başçılarının siyahısı müəyyən edilib. Seçkiyə qədər onların yeniləri ilə əvəzlənəcəyi gözlənilir”.

Ən çox şikayət olunan rayonların da adları da açıqlanıb:

1. İmişli – icra hakimiyyətinin başçısı Vilyam Hacıyev

2. Şirvan – icra hakimiyyətinin başçısı Mərdan Camalov

3. Laçın – icra hakimiyyətinin başçısı Akif Səlimov

4. Lənkəran – icra hakimiyyətinin başçısı Taleh Qaraşov

5. Masallı – icra hakimiyyətinin başçısı Rafil Hüseynov

6. Binəqədi – icra hakimiyyətinin başçısı Xaləddin İskəndərov

7. Oğuz – icra hakimiyyətinin başçısı Evyaz Qurbanov

8. Zaqatala – icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə

9. Ağstafa – icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev

10. Astara – icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev

11. Lerik – icra hakimiyyətinin başçısı Rövşən Bağırov

12. Cəlilabad – icra hakimiyyətinin başçısı Əziz Əzizov

Adı çəkilən rayonlar həm korrupsiyanın, dövlət vəsaitlərinin ifrat dərəcədə mənimsənildiyi, iş adamlarının incidildiyi bölgələrdir. Mənbə onları əvəzləyəcək şəxslər barədə də maraqlı məlumat verib: “Yeni icra başçıları ənənəvi olaraq oliqarxın nümayəndələri olmayacaq. Yenilər YAP fəalları arasından seçiləcək. Eyni zamanda bu il keçiriləcək parlament seçkisində YAP-ın namizədləri siyahısına düşməyəcək şəxslərin də bir qisminin icra başçısı təyin ediləcəyi gözlənilir”.

Mənbə bu siyahının gerçək, ancaq çox məhdud olduğunu bildirir: “Siyahı daha genişdir. İcra başçılarının əksəriyyəti etimadı doğrultmayıb. Ona görə də ciddi kadr islahatları gözlənilir.”

Qeyd edək ki, siyahıda adı çəkilənlərdən birinin - Binəqədinin icra hakimiyyətinin başçısı Xaləddin İskəndərovun vurulacağına dair söhbətlər artıq bir neçə aydır ki bitib-tükənmək bilmir. Qeyd edək ki, vətəndaşların ən çox incidildiyi, hüquqlarının ən çox pozulduğu rayonlardan birinin Binəqədi olduğu artıq heç kimə sir deyil. Bu rayonun rəhbərliyi ilə bağlı istər dövlət orqanlarına, istərsə də mətbuata ünvanlanan şikayətlərin sayı-hesabı yoxdur.

Sirr deyil ki, bu gün Bakıda mənzil almağa imkanı olmayan vətəndaşlar məcbur olaraq şəhər kənarında “gecəqondu”lar tikirlər. Bu qanunsuz “gecəqondu”lar bələdiyyələrə, icra nümayəndələrinə verilən rüşvət hesabına tikilir. Bakı şəhər sakini Elçin Əliyev redaksiyamıza bildirib ki, 14 sentyabrda şöbə müdiri Mirpaşa Hüseynov başda olmaqla Xocahəsən bələdiyyəsinin bir qrup işçisi polislə birgə onunSulutəpədə yerləşən evini dağıdıblar: “Mənim həyat yoldaşım və uşaqlarım döyüldü”.

“ Evin tikilməsinə icazə verilmişdi?” sualına zərərçəkən belə cavab verib: “ Yox. Sulutəpədə tikilən evlərin hamısı icazəsiz tikilib. Bu evlərin tikilməsi üçün bələdiyyəyə rüşvət vermək bəs edər. Mənim evimi qanunsuz söküblər. Çünki mən 2000-ci ildən 2014-cü ilədək evim tikilən torpaq üçün bələdiyyəyə vergi ödəmişəm. Bələdiyyənin mənim evimi sökməyə səlahiyyəti çatmır. Mənim evimi ancaq məhkəmə qərarından sonra sökə bilərlər. Mən Xocahəsən bələdiyyəsini məhkəməyə verməyə hazırlaşıram”. Məsələ ilə bağlı Xocahəsən bələdiyyəsinin şöbə müdiri Mirpaşa Hüseynov bildirib ki, Elçin Əliyevin evinin sökülməsində nə o, nə də bələdiyyə işçiləri iştrak edib: “ Elçin Əliyevin 14 il vergi ödəməsi ilə bağlı onu deyə bilərəm ki, hər bir vətəndaş torpaqdan istifadəyə görə bələdiyyənin hesabına pul keçirir. Məgər kimsə bələdiyyənin hesabına hər dəfə pul keçiriləndə onu yoxlamalıyıq?”. Elçin Əliyev isə bildirib ki, Mirpaşa Hüseynov yalan danışır: “ Yüzlərlə adam

gördü ki, mənim evimin sökülməyinə o rəhbərlik etdi. Mən pulu banka deyil, bələdiyyənin işçilərinə vermişəm. Aldığım çekləri isə məhkəməyə təqdim edəcəm”. Məsələ ilə bağlı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib ki, əgər evin sökülməsi ilə bağlı məhkəmə qərarı yoxdursa, bələdiyyənin hərəkəti qanunsuzdur: “ Hətta məhkəmənin qərarı olarsa, bələdiyyə deyil, məhkəmə icraçıları bunu etməlidir”.

Qeyd edək ki, bələdiyyə də öbaşına deyil, icra hakimiyyəti başçısınin göstərişi ilə bu addımları atır. Binəqədi Xaləddin İsgəndərovu “görmədən”

bir daşı o biri daşın üstünə qoymaq mümkün deyil.

İcra başcısı ilə bağlı yayılan digər xəbər isə ondan ibarətdir ki, mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında 16 nəfərin ölümü, 60 sakinin isə ağır yaralanması ilə nəticələn məlum yanğın hadisəsindən sonra köşəsinə çəkilən İcra başçısı Xaləddin İsgəndərov son 4 gündə 2 ayrı-ayrı yerlərdə keçirdiyi iclaslarla yenidən gündəmə gəlib. Həmişəki kimi iclaslara rayonun prokuroru, məhkəmə sədri, polis rəisi və digər icra strukturları rəhbərlərinin müşayiəti ilə qatılan X.İsgəndərov yenə də “unikal” çıxışları ilə yadda qalıb.

Məlumata görə, Binəqədi qəsəbəsində keçirilən iclasda maraqlı anlar yaşanıb. Bildirilir ki, bundan əvvəlki iclaslarda bələdiyyə sədrlərinin şəninə təriflər deyiləndə Xaləddin İsgəndərov kənd sakinlərinin “ağızlarından” vurduğu halda, hazırkı sədr - öz kadrı Aytac Əliyevanın tərifləyənlərə isə “yaşıl işıq” yandırıb. Hətta kənd camaatına üzünü tutaraq “özünüz seçmisiniz, sizin kəndin sakindir” - deyə A.Əliyevaya açıq dəstək nümayiş etdirib. Baxmayaraq ki, Aytac Əliyeva sədri olduğu Binəqədi qəsəbəsində bir gün də olsun yaşamayıb. Xanım sədr bələdiyyə seçkilərinə 1 ay qalmış X.İsgəndərovun tapşırığı ilə qəsəbəyə qeydiyyata düşüb.

Sentyabrın 12-də rayonun təhsil işçiləri ilə keçirilən görüş isə daha “məhsuldar” olub. İclas boyu ancaq 4-5 xanım kadrını tərifləyən X.İsgəndərovun çıxışına tədbirdə iştirak edən Bilik Fondunun sədri Oqtay Səmədovun reaksiyası gözlənilməz olub. O.Səmədov istehza ilə bildirib ki, “sanki 8 mart Qadınlar bayramı ərəfəsində toplaşmışıq”.

Saat 10.00-da iclasa başlayıb 16.00-da bitirən (6 saat) X.İsgəndərov daha çox təhsilə aidiyyatı olmayan çıxışı ilə yadda qalıb. İcra başçısı məktəblə bağlı uşaqlıq xatirələrini danışarkən gənclərə “örnək” olası şagird olduğu illərdən söz açıb. Bildirib ki, o şagird olanda stullara mıx vururmuş ki, oturanların yumşaq yerinə batsın!!!

X.İsgəndərov “kadr islahatlarından” danışmağı da unutmayıb. Bildirib ki, X.İsgəndərov bir gündə əmr verib 4 cavan qızı işə götürə bilərəm, amma Sitarə Cabbarlı (Binəqədi bələdiyyəsinin sədri) 4 cavan oğlanı əmr verib hamısını bir gündə işə götürə bilməz...

“Adam yalan danışmaz, vəzifəli şəxs isə heç yalan danışmaz” aforizminin “müəllifliyinə” iddia edən X.İsgəndərov rayon ərazisində aparılan tikintilərdən haqq alınması barədə yayılan söz-söhbətlərin isə quru böhtan olduğunu deyib. Qeyd olunur ki, bu sözlərdən sonra təəccüblə bir-birinə baxan iclas iştirakçılarını X.İsgəndərov təəccübləndirməkdə davam edib: “Mənim işçilərimin evin üstünə şifer vuran sakinlərdən pul aldıqları deyilir, bu ağ yalandır, onlar (yəni işçiləri) kömək üçün evlərin damına çıxıb şiferləri özləri vururlar”.

X.İsgəndərovla bağlı maraqlı xəbərlərdən biri də iclaslarda hər zaman yumruğu ilə masanı “sillələməsidir”. X.İsgəndərovun bu hərəkətinə Prezident Administrasiyasından da reaksiya verilib. Bu barədə başçıya ciddi töhmət elan olunsa da X.İsgəndərov köhnə şakərində əl çəkməyəcəyini, əlini masaya çırparaq sevimli vərdişini tərgitməyəcəyini bəyan edib.

Məlumata görə, X.İsgəndərovun Binəqədidə gördüyü ən “mühim” iki “yeniliyin” hər iksi artıq tarixin oxunmayan arxivinə göndərilir. Onlardan biri İsgəndərovun yaratdığı süni təpələrdir ki, artıq onlar da yerlə-yeksan edilir. Digəri isə 16 nəfərin ölümü, 60 nəfərin yaralanması ilə nəticələnən “ölüm üzlükləri”dir ki, onlar da Prezidentin göstərişi ilə 1 həftəyə sökülərək Balaxanı zibilliyinə atılıb.

Bu arada Binəqədidə yanan bina ilə bağlı maraqlı məlumatlar əldə etmişik. Belə ki, binanın üzlənməsi ilə bağlı İcra Hakimiyyətinin tərəf kimi imzaladığı sənədin itdiyini bəhanə edərək istintaqa verməkdən imtina edən X.İsgəndərova Baş prokuror Zakir Qaralovun peşəkar müstəntiqləri əməlli-başlı sürpriz ediblər. Sənədi üzə çıxaran müstəntiqlər Cənab İsgəndərovu çətin vəziyyətdə qoyublar. İstintaqın uzadılmasının səbəbi də elə X.İsgəndərovdan tələb olunan həmin sənədləri “yoxa çıxartması” ilə bağlı olduğu deyilir. Elə məhz bu səbəbə görə də həbs edilmiş şəxslərin istintaq müddəti məhkəmənin qərarı ilə daha 4 ay müddətinə artırılıb. Çünki “ölüm üzlükləri” ilə bağlı iş ölkə prezidentinin nəzarətində olduğundan X.İsgəndərov heç bir iş görə bilmir və artıq dalana dirənib. Təcrübə göstərir ki, Prezident heç vaxt belə yarıtmaz iş görən kadrlarını bağışlamır və istintaqın bu qədər yubanması da elə 16 nəfərin ölümü ilə nəticələnən yanğının tüstüsünün artıq X.İsgəndərova tərəf gəlməsinə işarədir.

Qeyd edək ki, bu il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə

dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Ən son məlumata görə isə, Binəqədi icra başçısı bəzi qanunsuz hərəkətlərini ört-badır etmək üçün bəzi köhnə kadrları ilə vidalaşmağa qərar verib. Belə ki, Binəqədi İcra Hakimiyyəti başçısının bir neçə müavini, qurumun şöbə müdirləri vəzifəsindən azad olunublar.

Bu barədə qəzetimizə etibarlı mənbədən məlumat daxil olub. Qeyd olunur ki, sentyabrın 16-ı axşam saatlarında icra hakimiyyətində iclas olub və bir nəçə vəzifəli şəxs vəzifələrindən azad olunub və daha bir neçə nəfərə töhmət verilib. İcra hakimiyyətinin əməkdaşlarından bəzisinə xəbərdarlıq olunub.

Vəzifəsindən azad olunanların adlarını hələ dəqiqləşdirə bilməmişik.

Məsələ ilə bağlı Binəqədi rayon İcra hakimiyyətinin şöbə müdiri Nuridə Allahyarova isə jurnalistlərə deyib ki, o, ezamiyyətdədir: "İclas barədə məlumatım yoxdur. İşdən çıxarılanlar olsaydı, xəbərim olardı".

Samir

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Qara siyahı”ya düşən icra başçıları

    “Qara siyahı”ya düşən icra başçıları ...

    28-03-2015, 20:32

  • 
  • Binəqədinin icra başçısı daha bir məmuru işdən çıxardı

    Binəqədinin icra başçısı daha bir məmuru işdən ...

    12-02-2014, 13:27

  • 
  • İcra başçılarının “ələnmə dövrü”

    İcra başçılarının “ələnmə dövrü” ...

    15-12-2012, 14:26

  • 
  • Binəqədinin icra başçısı 1-ci müavinini işdən çıxardı

    Binəqədinin icra başçısı 1-ci müavinini işdən ...

    2-12-2013, 12:54

  • 
  • Binəqədi icra başçısı Xaləddin İsgəndərov işdən AZAD EDİLİB?

    Binəqədi icra başçısı Xaləddin İsgəndərov işdən ...

    19-03-2018, 15:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu